Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazim Bəydəmirlidən “monopolist” Rasim Məmmədova və Eynulla Fətullayevə dərs

“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov Azərbaycana idxal olunan armaturların keyfiyyətsizliyinə dair şayiələr yaydırır

Monopoliyanı əldən verməmək üçün PR kampaniyasına start verilib; o, tikinti sektorunda ucuzlaşma yaradılmasına mane olmaqla, dövlətin siyasətini sabotaj edir

Məlumat verdiyimiz kimi, son vaxtlar bir sıra mətbuat orqanlarında, internet resurslarında İrandan Azərbaycana idxal olunan armaturun keyfiyyətsizliyinə dair materiallar yayılmaqdadır. Həmin materiallarda konkret şirkət adı qeyd olunmayaraq, ümumilikdə İrandan gətirilən armaturun keyfiyyət standartlarına cavab verməyə biləcəyi iddia olunur. Müxtəlif ərazilərdə İran məhsulunun tikinti sahəsindəki fotoları verilsə də, armaturun məhz hansı şirkət tərəfindən istehsal edildiyi bildirilmir.

PİA.AZ Enter.News-a istinadən xəbər verir ki, Eynulla Fətullayevin rəhbəri olduğu haqqın.az saytı bu gün Nazim Bəydəmirlinin əleyhinə növbəti qərəzli məqalə ilə çıxış edib.

Nazim Bəydəmirli isə bir neçə maraqlı məqama toxunaraq qarşı tərəfə cavab verib.

İran dəmir istehsalını "aşağılayanlar" görəsən xəbərdardırlarmı ki, bu ölkə metal istehsalına görə dünya reytinqində hazırda 11-ci yerdədilər və 34 milyon ton metal istehsal ediblər..keçən ilə nisbətən 19% artım var..21 mart 21 sentyabr arası İran 12.5 milyon ton metal eksport edib..
P.S. Bizim təmsil etdiyimiz metal kompleksi ildə 1.5 milyon ton mal istehsal edir.. 2005-ci ildə İtaliyanın Danielli şirkətinin avadınlıqları ilə təchiz olunub, müqayisə üçün deyim ki, Azərbaycanda "ən böyük istehsalçı" adlanan şirkətdən ən azı 5 dəfə böyükdür.. Necə ola bilər ki, onun istehsal etdiyi malın keyfiyyəti Azərbaycanda istehsal olunandan pis olsun?

Nazim Bəydəmirli daha sonra dəmir məsələsində monopolist kimi adı hallanan Rasim Məmmədov və onun mediadakı əsas dəstəkçisi Eynulla Fətullayevə cavab verib:

Sən demə Eynullax dostu Rasim Məmmədovun sifarişi ilə mənə məqalə həsr edib..Mənim soyadımı dəyişməyim və saqqal saxlamağımdan başqa, məqalədəki hər şey uydurmadır..İran armaturlarının Rasim Məmmədovun istehsalından daha keyfiyyətli və daha ədalətli qiymətlə olmasına mən də zəmanət verirəm.."Baku steel" deyilən şirkətin əsl sahibləri bilməlidirlər ki, onların hələ də iş başında saxladıqları menecer həm onlardan həm də dövlət büdcəsindən astronomik məbləğlər "yayındırır"..rəqabətli mühitdə o şirkət mütləq çökməli idi, çox yaxşıdır ki, yeni Vergilər naziri, idxal-ixracda həm də şəffaf statistika hesabına nəyisə dəyişə bilər, nəticə etibarı ilə bazara daxil olan mallardan tutulmalı olan ƏDV və gömrük rüsumu büdcəyə gedəcək..yerli "monopolistlər" də məcbur olub qiymətləri endirəcəklər. Beləliklə inşaatın əsas maya dəyərinə təsir edən armatur və sement ucuzlaşdıqca evtikənlərin də xərcləri azalacaq, mənzillərin qiyməti ucuzlaşacaq, vətəndaşların mənzil problemi daha sürətli həll olunacaq..dövlətin də sosial öhdəlikləri azalacaq. Bu vəziyyət "monopolistə" sərf etməsə də həm vətəndaşlara, həm dövlət büdcəsinə həm də dövlətin sosial-iqtisadi siyasətinə müsbət təsir edəcək..Bunun nə qədər əhəmiyyətli olduğunu təəssüf ki, "monopolist" Rasim Məmmədov nə də onun "şəxsi yazarı" Eynullax başa düşməyə qadir deyillər. Onları ancaq şəxsi "qazanc", pul, iş yeri kimi müvəqqəti yaradılmış şəraitdən bəhrələnmək düşündürə bilər..

P.S. Onlara "potensiallı kadrlar" kimi baxanlar, iş başında saxlayanlar gərək iki dəfə düşünsünlər ki, onların "fəaliyyəti" nə qədər faydalıdır?

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar