Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Zatulinin hərəkətləri Ermənistan-Rusiya münasibətlərinə pozitiv ruh vermək cəhdləridir"

“Dövlət Dumasının üzvü Konstantin Zatulinin “Lazarev klubu”nu yaratmaqla bağlı təşəbbüsü görülən işlərə, Rusiyanın bir çox ekspertlərinin, tanınmış insanlarının obyektiv mövqeyinə uğursuz cavab cəhdidir”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

Deputat xatırladıb ki, bu günlərdə Azərbaycanın tarixi ərazisi İrəvanda Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin təşəbbüsü ilə yaradılan “Lazarev klubu”nun iclası keçirilib: “Məlumdur ki, AzərbaycanRusiya dövlət başçılarının həyata keçirdiyi siyasət nəticəsində ölkələr arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir. Bu siyasi münasibətlər həm də ictimai proseslərə müsbət təsirini göstərib. Təsadüfi deyil ki, son dövrlər Rusiya siyasi elitasını təmsil edən bir çox politoloqlar, siyasət adamları, hərbi ekspertlər müxtəlif formalarda Azərbaycanda səfərdə olublar. İki ölkə münasibətlərinə, hərbi əməkdaşlığa dair, o cümlədən ölkəmizin ərazi bütövlüyü, Qarabağın Azərbaycanın tarixi torpağı olması ilə bağlı fikirlər səsləndiriblər. Hesab edirik ki, Zatulinin hərəkətləri reallıqda soyuq olan Ermənistanla Rusiya münasibətlərinə pozitiv ruh vermək cəhdlərindən başqa bir şey deyil. Tədbirdə Rusiya tərəfdən iştirak edən ekspertlər zamanında Qorboçov-Yeltsin komandasında olmuş, siyasi korrupsiyaya qurşanmış ermənipərəst ekspertlərdir. Baxmayaraq ki, tədbirin keçirilməsi və səslənən fikirlər Rusiyanın rəsmi mövqeyi deyil, amma bizim bu tədbirə adekvat münasibətimiz mövcuddur. Uzun illərdir ki, Konstantin Zatulin ermənilərin lobbiçiliyi ilə məşğul olur. O, əvvəllər də AzərbaycanDağlıq Qarabağ konflikti ilə bağlı qərəzli mövqeyini bildirib”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay