Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mircəfər Bağırovun 1937-ci ildə Stalinə yazdığı qapalı məktub üzə çıxdı - Foto

Dörd min adamın həbsi üçün icazə istənilir

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Tarixçi alim Ədalət Tahirzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Mircəfər Bağırovun əməllərini sübuta yetirən sənədin fotosunu yayıb.

Tarixçi Mircəfər Bağırovun Azərbaycan vətəndaşlarına qarşı repressiya siyasəti apardığını bildirərək, onu dəstəkləyənləri tənqid edib: “Mircəfər Bağırov 9 iyul 1937-ci ildə SSRİ rəhbəri Stalinə məktub göndərərək, minlərlə insanın tutulub məhv edilməsinə icazə istəyir!”. M.Bağırov Stalinə yazdığı məxfi məktubda Azərbaycanda 4 min şəxsin tutulması üçün sanksiya verilməsini xahiş edir. Həmin şəxslər kateqoriyalara bölünür: 1800 qolçumaq, 2200 cinayətkar. Onların arasında 500 şəxs “birinci kateqoriyadan olan qolçumaq və 500 cinayətkar” kimi qeyd olunur.

Stalinə yazılan məktubda vurğulanır ki, həbs olunanların 250 nəfəri müsavatçılar, ittihadçılar, daşnaklar və ruhanilərdir. Digərləri isə sovet hökümətinə qarşı mübarizə aparan qaçaq dəstələrinin üzvləridir. Məktubda Stalindən xahiş olunur ki, həbs edilmiş bu şəxslərin ailə üzvlərinin NKVD-nin düşərgələrinə göndərilməsi təmin olunsun.

Bunun üçün 1937-ci ildə məhkəməsiz qərar çıxaran “üçlük”lərə əlavə buraxılış sanksiyalarının verilməsi istənilir. Məktubda Azərbaycandakı bu qara “üçlük” üzvlərinin adları da qeyd olunub. Bunlar Sumbatov, Teymur Quliyev və Cahangir Axundovdur. M. Bağırov bu adamlara qərar çıxarmaq üçün səlahiyyət verilməsini xahiş edir.(strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar