Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Girovlarla bağlı yeni Tiflis görüşü baş tutmadı

Bununla əlaqədar məlumat mərkəzi yaradılıb

Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə “Yeni Müsavat” qəzetinə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun xüsusi layihəsi olan bu mərkəzin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi zamanı və ondan sonrakı dövrlərdə əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaq, onların azadlığa buraxılması istiqamətində hüquqi işlərlə yanaşı, geniş təbliğat-təşviqat fəaliyyəti aparmaq, dünya ictimaiyyətinin diqqətini azərbaycanlı əsir və girovların azadlığa buraxılması məsələsinə yönəltməkdir. Mərkəzin internet saytı www.hostages.az ünvanında yerləşir və gündəlik olaraq, Azərbaycan, rus və ingilis dillərində yenilənir. Bu, həm də erməni cəmiyyətinə bütün gerçəkləri çatdırmağa imkan verəcək.

Əhməd Şahidov onu da bildirib ki, Cənubi Qafqazda münaqişələrdə əsir və itkin düşmüş şəxslərin Axtarışı üzrə Beynəlxalq İşçi Qrupunun təşəbbüsü ilə noyabrın sonlarında Azərbaycanın və Ermənistanın Əsir düşmüş, Girov götürülmüş, İtkin Düşmüş Şəxslərlə bağlı Dövlət Komissiyalarının Tiflisdə görüşü keçirilməliydi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən görüş reallaşmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar