Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fədayə Laçın məhkəmədə son söz deyəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərovun vəkili Gülşən Salmanova çıxış edib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə düzgün ittiham verilmədiyini qeyd edib.

O deyib ki, A. Əsgərov Etibar Məmmədovu tanımayıb və onunla hər hansı əlaqəsi olmayıb.

Sonra Ceyhun Səmədov və Fuad Hacıyevin vəkilləri də çıxış edib və müvəkkillərinə həbslə əlaqədar olmayan cəza verilməsini istəyiblər.

Məhkəmədə müdafiə çıxışı mərhələsi başa çatıb.

F. Laçın və digərləri növbəti prosesdə son sözlə çıxış edəcəklər.

Məhkəmə iclası dekabrın 3-də davam etdiriləcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar