Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Burak Özcivit Bakıya gəlib

"Hamımız fərqli bağçalarda böyüsək də, analarımız birdir"

Ötən gün Nizami Kino Mərkəzində türk filmləri həftəsinin açılışı olub.

Tədbir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Sayca dördüncü tədbirin açılışında Gizem Karaca, Burak Özcivit kimi tanınmış türk aktyorlar, habelə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak ediblər.

Y.Topçu türkdilli ölkələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb: "Hamımız fərqli bağçalarda böyüsək də, analarımız birdir".

Dağlıq Qarabağdan bəhs edən natiq gələcəkdə Türk dünyasının bir-birinin qələbələrini bayram etməsi arzusunu dilə gətirib.

Natiqlərin çıxışlarından sonra xatirə mükafatları sahiblərinə təqdim edilib.

Sonra türkiyəli rejissor Mehmet Günün 90-cı illər türk kəndinin həyatından, məktəbdə sinif yoldaşı olan oğlan və qızın məhəbbətindən bəhs edən “Güllər” filmi nümayiş olunub.

Noyabrın 27-dək davam edəcək türk filmləri həftəsi çərçivəsində “Güllər”dən savayı, “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay” və “Anons” filmləri nümayiş ediləcək. (Report)

pia.az


Etiket: Burak Özcivit

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar