Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Türkiyə ilə “S-400” davası - Qapıda yenə sanksiya var?

Hərbi ekspert: “İlkin ödənişi edilən və Türkiyə prezidenti Ərdoğan tərəfindən dəfələrlə bu sistemlərin alınması ilə bağlı verilən bəyanatlardan sonra Türkiyənin “S-400” raket komplekslərini almaqdan imtina edəcəyi inandırıcı görünmür”

“Türkiyə hakimiyyəti məlum addımları atmadan öncə bütün mənfi və müsbət reaksiyaları nəzərə alır və neytrallaşması üçün gərəkli tədbirləri görür”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın Türkiyəyə sanksiya tətbiqetmə ehtimalını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

“Anadolu” agentliyinin yaydığı məlumata görə ABŞ Türkiyəni yenidən sanksiyalarla hədələyir. Buna səbəb isə Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemləri (ZRS) almaq cəhdidir. Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyasının nümayəndələri qeyd edirlər ki, bu sövdə “S-400”lərin əhatə dairəsində uçacaq 5-ci nəsil Amerika F-35 qırıcılarını təhdid altına alır. Rusiya komplekslərinin problemli olduğunu bildirən ABŞ nümayəndələri bu məsələ ətrafında və “Petriot” kompleksləri almaq istiqamətində Türkiyə ilə danışıqları davam etdirdiklərini də qeyd ediblər.

Qeyd edək ki, ötən il Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı müqaviləyə imzalayıb. Müqavilənin bağlanmasını isə Rusiya tərəfindən prezidentlər Vladimir Putinin və Rəcəb Tayyip Ərdoğan da dəfəlrlə təsdiqləyib. Buna baxmayaraq Pentaqon rəsmiləri dəfələrlə bəyanat yayaraq Türkiyəni bu sazişdən imtina etməyə çağırıblar. Ərdoğan isə NATO standartların aid olmayan rus zenit-raket sistemlərini almaqda israr etməkdədir. Bu il üçün Türkiyənin iki “S-400” alacağı və daha iki kompleksin Türkiyə ərazisində yığılacağı müəyyənləşdirilsə də, hələlik icraat hiss olunmur.

ABŞ-la Türkiyə arasında S-400 böhranı nə qədər dərinləşə bilər və bu qarşıdurma nəticəsində ABŞ-ın öz müttəfiqi Türkiyəyə hərbi sanksiyalar tətbiq etməsini gözləniləndirmi? Ümumiyyətlə, bundan sonra Ərdoğanın S-400-lərdən imtinası mümkündürmü?

Bu mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edib.

Ədalət Verdiyev: “Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsi Azərbaycan üçün arzuolunan deyil”.

Türkiyənin “S-400” raket kompleksindən imtina etməsinin gözlənilən olmadığını qeyd edən hərbi ekspert Ədalət Verdiyevə görə, Türkiyə qəti qərarlar vermədən öncə mənfi halların hər birini nəzərə alır:

“Hazırda ABŞ-Türkiyə münasibətləri arzuolunan səviyyədə deyil. Münasibətlərin kəskinləşməsinə səbəb olan amillərdən biri Vaşinqton, NATO və digər beynəlxalq platformalarla ciddi əməkdaşlıq edən Türkiyənin ABŞ-ın əzəli rəqibi olan Rusiya ilə yaxınlaşmasıdır. 2017-ci ildə Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilə 1952-ci ildən NATO üzvü olan Türkiyə üçün ilk iri məbləğli silah müqaviləsidir. Belə ki, bu müqavilənin dəyəri təxminən 5 milyard dollar civarındadır. Yayılan bəzi mənbələrə görə, ilkin depozitin ödənməsi ilə bağlı məlumatlar Türkiyə tərəfindən yüksək səviyyədə təsdiq olunub. Təsdiq olunan qrafikə əsasən “S-400” raket kompleksləri bu il quraşdırılmalı idi. Hələlik quraşdırılmanın baş tutmasına baxmayaraq, ilin sonuna hələ 1.5 ay var. Bu baxımdan prosesin ləngiməsi barədə konkret fikir demək doğru olmazdı.

İlkin ödənişi edilən və Türkiyə prezidenti Ərdoğan tərəfindən dəfələrlə bu sistemlərin alınması ilə bağlı verilən bəyanatlardan sonra Türkiyənin “S-400” raket komplekslərini almaqdan imtina edəcəyi inandırıcı görünmür. Türkiyənin Rusiya istehsalı olan bir kompleksdən istifadə etməsi NATO sistemi ilə silahlanan bir ölkə üçün müəyyən mənada bir sıra problemlər vəd edir. Bu baxımdan sistemlərin uyğunlaşması daha qabarıq nəzərə çarpacaq. Türkiyənin bu qədər ciddi təzyiqlərə məruz qalması Azərbaycanı da narahat edir. Çünki yaxın müttəfiqimiz olaraq, Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsi Azərbaycan üçün arzuolunan deyil.

Ədalət Verdiyev: “Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsi Azərbaycan üçün arzuolunan deyil”.

Maraqlıdır ki, Rusiyadan zenit raket kompleksi alan ilk NATO üzvü Türkiyə deyil. İllər öncə Yunanıstanın daha əvvəlki “S-300” zenit raket kompleksini Rusiyadan almasının şahidi olmuşuq. Lakin Yunanıstan nə NATO, nə də ABŞ tərəfindən Türkiyə qədər tənqidlərə və ya sanksiyalara məruz qalıb. Əslində Türkiyənin indiki addımına ABŞ-ın özü tərəfindən şərait yaradılıb. Əgər ABŞ özündə olan petriot sistemlərini vaxtında Türkiyəyə satsaydı və ya çatdırılmasını təmin etsəydi, Rusiya Türkiyə bazarına, NATO ərazisinə heç də bu qədər rahatlıqla daxil ola bilməzdi. Eyni problem müəyyən hissələri Türkiyədə istehsal olunan F-35 qırıcılarının alınmasında da yaşanır. Bu amillər düşündürücü faktlardır. Hesab edirəm ki, Türkiyə hakimiyyəti məlum addımları atmadan öncə bütün mənfi və müsbət reaksiyaları nəzərə alır və neytrallaşması üçün gərəkli tədbirləri görür”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar