Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazirin müavinləri: kim hansı işə baxır...  

Elçin Əfəndiyev və Abid Şərifovun vəzifələri kimə həvalə olunub?

Hər bir ölkədə hökumətin iqtisadi blokuna rəhbərlik edən qurumun rəhbərinə yardımçılar - müavinlər təyin olunur. Bu müavinlərin vəzifələri, görəcəyi işlər və sair qanunvericiliklə tənzimlənir.

Azərbaycanda hazırda baş nazirin dörd müavini var. Bəzi vaxtlarda müavinlərin sayı 5-6-yadək yüksəlib. Lakin maraqlıdır ki, nə müavinlərin sayı, nə də onların fəaliyyət sferası qanunvericilikdə dəqiq əksini tapmayıb.

Belə ki, Nazirlər Kabinetinin səlahiyyətlərini müəyyən edən Azərbaycan Konstitusiyasına əsasən Nazirlər Kabineti dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir; dövlət büdcəsinin icrasını təmin edir; maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir; nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

Ana Yasamıza görə həmçinin Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

Nazirlər Kabinetinin fəaliyyətini tənzimləyən “İş qayda”sında da müavinlərin sayı və fəaliyyət istiqamətləri barədə normalar yoxdur. Qaydaya görə, baş nazir məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, onun səlahiyyətlərini baş nazirin birinci müavini icra edir. Həmin səbəblərə görə baş nazirin səlahiyyətlərini baş nazirin birinci müavininin icra etməsi mümkün olmadıqda və ya o, təyin edilmədikdə, baş nazirin səlahiyyətlərini onun müəyyən etdiyi digər müavini icra edir.

Nazirlər Kabinetinin “İş qaydası”nda o da qeyd olunur ki, baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri qəbul olunmuş qərarların həyata keçirilməsinə, habelə onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

Beləliklə, baş nazir müavinlərinin fəaliyyət dairəsini müəyyənləşdirən hər hansı sənəd yoxdur. Lakin mətbuatda verilən məlumatdan aydın olur ki, müavinlər arasında iş bölgüsü aparılır. Belə ki, baş nazirin birinci müavini olan Yaqub Eyyubov əsasən energetika və müdafiə məsələləri üzrə işlərə baxır. Onu tez-tez bu iki sahə üzrə mərkəzi icra hakimiyyəti orqanlarının tədbirlərində görmək olur.

Y.Eyyubov həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın, İxrac Nəzarəti üzrə Komissiyanın, biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı 2016-cı ildə yaradılan komissiyanın rəhbəridir.

2013-cü ildə baş nazirin müavini təyin olunan Əli Əhmədov, mətbuata verilən açıqlamaya görə, sosial məsələlərə cavabdehlik daşıyır. Yəqin elə buna görə də Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, həmçinin Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədrliyi də ona həvalə edilib.

Baş nazir müavinliyindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna aparılan, bu ilin aprelində yenidən müavinliyə qaytarılan Hacıbala Abutalıbov hazırda keçmiş müavin Abid Şərifovun nəzarətində olan sahələrə baxır. Belə ki, bu il oktyabrın əvvəlində baş nazir Novruz Məmmədovun əmri ilə o, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının rəhbəri təyin edilib. Xatırladaq ki, komissiyanın əvvəlki rəhbəri məhz A.Şərifov idi. Hacıbala müəllim həmçinin fövqəladə hadisələr üzrə işlərə də baxır. Bu yaxınlarda Bakıda baş verən sürüşmə ərazisinə ardıcıl səfərləri də bununla bağlı idi.

Nəhayət, baş nazirin daha bir müavini Əli Həsənovdur. Ən uzunömürlü müavinlərdən olan Ə.Həsənov aprel ayında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrliyindən uzaqlaşdırılıb. Əvəzində isə baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin kurasiyasında olan humanitar məsələlərə nəzarət ona həvalə edilib. Sentyabr ayında o, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın sədri təyin olunub.

Maraqlıdır ki, “Qaçqınkom” sədrliyindən çıxarılsa da, Ə.Həsənov Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına rəhbərliyini də özündə saxlayır.

Bundan əlavə, o, uzun illərdir Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.(“Yeni Müsavat”)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Ən çox oxunanalar