Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmalə Ağazadə: "Dövlət bağçaları standartlara daha çox cavab verir”

“Bağçalar uşaqların kollektivə uyğunlaşması üçün çox önəmlidir”

Bu gün həm paytaxt Bakıda, həm də bölgələrdə bağçaların, xüsusən də bu tipli özəl müəssisələrin sayı xeyli artmaqdadır. Məsələn, statistik məlumata görə, təkcə ötən il qeyri-məktəbəqədər təhsil müəssisələrinin sayı 32 faiz artıb.

Mütəxəssislər qeyd edir ki, uşaq bağçalarının sayının artması əslində yaxşı haldır və hər bir uşaq imkan daxilində mütləq olaraq məktəbəqədər təhsil prosesini keçməlidir. Çünki bağça dövrü uşaqların həm inkişafında, həm də dünyagörüşündə çox vacib şərtdir. Həmçinin çoxlu sayda məktəbəqədər təhsil prosesi keçmiş uşaqlarla digərləri müqayisələr edilib, nəticədə məlum olub ki, bu cür uşaqlar fəal və aktivliyinə görə çox fərqlənir.

Beləliklə, bağçaya gedən uşaqlarla, getməyənlərin arasında daha hansı fərqlilik olur?

Mövzu ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a danışdı: “Bağçalar uşaqların kollektivə uyğunlaşması üçün çox önəmlidir. Sovet dövründə bağçaların çox yaxşı təbliğatı aparılırdı. Uşaq kollektivdə fəallaşır, inkişaf edir, gələcəyi üçün yaxşı formalaşa bilir.

Bildiyiniz kimi, Azərbaycanda son vaxtlar dövlət bağçaları kimi, özəl bağçaların da artmağa başlayıb. Lakin bu gün həmin bağçaların standartlara uyğunlaşıb-uyğunlaşmaması problemi ilə üz-üzəyik. Valideynlər çalışır ki, uşaqlarını daha çox dövlət bağçalarına versin. Bunun da səbəbləri var. Belə ki, dövlət bağçalarında ödəniş kifayət qədər azdır, uşaqlarla davranışda daha az problem yaşanır. Mətbuatda da tez-tez özəl bağçalarda uşaqlarla davranışda neqativ halların olduğu haqda informasiyalara rast gəlirik. Bu da valideynlərdə özəl bağçalara qarşı inamsızlıq yaradır və buna görə də daha çox dövlət bağçalarına üstünlük verilir. Düşünürəm ki, hər bir uşaq bağçaya getməlidir. Uşağın bağçada tərbiyə olunması ailələr üçün həm vaxt baxımından sərfəlidir, həm də uşağın şəxsiyyət kimi formalaşmasına təsir edir".

Həmsöhbətimizin sözlərinə görə, bağçaya getməyən uşaqlarda daha çox sosiallaşma, ünsiyyətin qurulması, əqlin zəif inkişafı problemi yaşanır: “Bu səbəbdən sentyabrda dərsə başlayan uşaqlar arasında bağçaya gedənlə, getməyən arasında fərq açıq-aşkar görünür. Onlar daha çox valideynlərə bağlı olur, dərslərə girəndə qorxu içərisində olur, özünü təsdiq etməkdə çətinlik çəkirlər. Eyni zamanda, nitq inkişafları çox zəif, ünsiyyət qurmaq cəhdləri uğursuz olur. Bütün bu problemləri bağça tərbiyəsi aradan qaldıra bilir. Məlum olduğu kimi, bağçalarda müxtəlif qrup məşğələləri, təlimlər keçirilir, bu zaman uşaqlar mənfi enerjilərini boşaltmış olur, müsbət enerji ilə günə davam edirlər. Təbii ki, tərbiyəçilərin peşəkarlığı, davranışı da bu məsələdə öz sözünü deyir. Qeyd edim ki, ölkəmizdə yetərincə peşəkar tərbiyəçilər var. Arzuolunandır ki, ölkəmizdə daha çox dövlət bağçaları geniş vüsət alsın. Çünki daha çox bu cür bağçalar standartlara cavab verə bilir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib    

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək    

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ermənistanda rus dilinə yaşıl işıq... - Rusiyanın könlünü almaq istəyirlər?

Ən çox oxunanalar