Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akim Bədəlovun səlahiyyətləri əlindən alınır - O, de-fakto Baba Rzayevin işçisinə çevrilib

Akim Bədəlovun tabeliyində olan alternativ enerji istehsal edən stansiyalarının bir hissəsi “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin tabeliyinə verilib

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə bağlı daha bir təəccüb doğuran informasiya almışıq. Həmin informasiyaya əsaslanaraq deyə bilərik ki, Agentliyin direktoru Akim Bədəlovun da “sökülməsi” prosesinə start verilib. Belə ki, mötəbər mənbələrdən eldə etdiyimiz məlumata görə, Akim Bədəlovun tabeliyində olan alternativ enerji istehsal edən stansiyalarının bir hissəsi “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

Alternativ enerji istehsal edən stansiyalarının bir hissəsi “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyətinin tabeliyinə verilməsinin səbəbi kimi isə Akim Bədəlovun yarıtmaz fəaliyyəti və işində yol verdiyi ciddi korrupsiya göstərilir. Qeyd edək ki, Agentliyin yaradılmasında 5 ildən artıq vaxt keçsə də və bu sahəyə dövlət 3 milyarddan artıq sərmayə yatırsa da faktiki olaraq Akim Bədəlov alternativ enerji yaradıcılarının maketlərini yaratmaqla məşğul olub. Bu, ötən həftə REA TV-nin hazırladığı sujetdən də aydın göründü. Halbuki yuxarıda qeyd olunduğu kimi, dövlət büdcəsindən bu sahənin inkişafına milyardlar ayrılıb və nəticə göstərir ki, həmin vəsait havaya sovrulub.



Elə bu üzdən də “Azərişıq” Səhmdar Cəmiyyətindəki fəaliyyəti ilə ölkə rəhbərliyinin etimadını qazanmış Baba Rzayev “Azərenerji”yə sədr gətirildikdən sonra Akim Bədəlovun səlahiyyətlərinin bir hissəsi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən alınaraq “Azərenerji” Açıq tipli Səhmdar Cəmiyyətinə verilib. Mənbə qeyd edir ki, Akim Bədəlova da bildirilib ki, bundan sonra de-fakto Baba Rzayevə tabedir və “Azərenerji” ASC-dən gələn təlimatlara əsasən fəaliyyətini davam etdirəcək.

Mənbəmizin iddiasına görə, artıq müvafiq qanunvercilikdə də dəyişklik edilməsi ilə bağlı göstəriş verilib. Yəni Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin birbabaşa “Azərenerji”nin struktur bölməsinə çevriləcəyi qanuniləşdiriləcək.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar