Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 9 şagird xəstəxanaya aparıldı - Bakıda

Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə uşaqların üzünə gözyaşardıcı qaz balonu püskürdən şagird 6-cı sinifdə təhsil alır

Məktəbdən bildiriblər ki, uşaq qaz balonunu atasından aldığını deyib. Hadisə həm şagird və müəllimlər, həm də valideynlər arasında təşvişə səbəb olub. Çoxları qaz balonunun partladığını, uşaqların ciddi xəsarət aldığını zənn edib.

Hadisə yerinə 5 təcili yardım çağırılıb. Hazırda 2-si oğlan, 7-si qız olmaqla uşaqlar Respublika Toksikologiya Mərkəzinə yerləşdiriliblər. Mayenin təsiri 2 saata keçir, buna baxmayaraq, uşaqların gözü yuyulub, tibbi xidmət göstərilib.

* * *

Hövsan qəsəbəsindəki 76 saylı məktəbdə şagirdlərdən biri sinifə gözyaşardıcı qaz balonu gətirərək sinif yoldaşlarının üzünə püskürdüb. Nəticədə 8 uşaq xəsarət alıb.

Bu barədə məlumatı Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov verib.

Onun sözlərinə görə, hadisə yerinə təcili yardım briqadası cəlb edilib. Uşaqlara ilkin tibbi yardım göstəriləndən sonra xəstəxanaya aparıblar.

“Qaz balonu istiotlu olduğundan yandırıcı təsir göstərir, amma gözlər yuyulacaq. Hazırda uşaqların vəziyyəti normaldır. Zərər çəkənlər 10-12 yaşlı uşaqlardır”, -xidmət rəhbəri əlavə edib.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar