Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnterpol rəhbəri barədə yeni xəbər: Tutulduğu bilinir, harada olduğu yox

Onun itkin düşməsi barədə ərizəni polisə Xunveyin Lionda yaşayan həyat yoldaşı verib

Fransa polisinin itkin düşməsi ilə bağlı araşdırmalara başladığı "İnterpol"un rəhbəri Men Xunvey Çində istintaqa cəlb olunub.

Bu barədə Sputnik Azərbaycan "South China Morning Post"-a istinadən xəbər verir.

Mənbə nəşrə bildirib ki, 64 yaşlı Men Xunvey təyyarədən endiyi vaxt Çinin hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq, naməlum istiqamətdə aparılıb. Hazırda Çin tərəfinin "İnterpol" rəhbərini hansı iş üzrə istintaqa cəlb etdiyi bilinmir. Onun harada saxlandığı da məlum deyil.

Qeyd edək ki, daha əvvəl Fransa polisi "İnterpol"un rəhbəri Men Xunveyin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Məlumatda bildirilir ki, 64 yaşlı Men Xunvey son bir həftədir əlaqəyə çıxmır. Sonuncu dəfə onu sentyabrın 29-u Çinə gedərkən görüblər.

Onun itkin düşməsi barədə ərizəni polisə Xunveyin Lionda yaşayan həyat yoldaşı verib.

2016-cı ildə Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey "İnterpol"un prezidenti seçilib.

pia.az


Etiket: Men Xunvey

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar