Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

25 nəfərin öldüyü yanğını törətməkdə günahlandırılan şəxs: "Allaha and olsun ki..."

Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi başlayıb.

Hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Yanğın zamanı həlak olan diş həkimi Azər Sədrəddinovun qardaşı, hüquq müdafiəçisi Murad Sadəddinov ittiham aktının surətini almadığını bildirib.

T.Məmmədhəsənovun vəkili Vasif İsrafilov vəsatət verərək bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsindəki cinayət işinə xitam verilməlidir.

M.Abdullayevin vəkili Ceyhun Yusifov da müvəkkili barəsində eyni vəsatət verib: “Bu hadisə qəsdən törədilib, müvəkillim də qurban seçilib. O, 160 manat maaş alan sıravı işçi olub, heç bir səlahiyyəti olmayıb”.

Prokuror Nəsir Bayramov isə sübutların araşdırılmadığını bildirərək deyib ki, T.Məmmədhəsənov və M.Abdullayevoin təqsirli olub-olmadığına qərar vermək olmaz: “Buna görə də vəsatətlər təmin edilməməlidir”.

Zərərçəkmişlər də vəsatətin təmin edilməməsini istəyiblər.

Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməyib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Təqsirləndirilən Məhəmməd Məmmədov ona qarşı irəli sürülən ittihamı rədd edib: “Allaha and olsun ki, mənim bu işdən xəbərim yoxdur. Bunlar hamısı mənə qarşı olan şər-böhtandır”.

Zərərçəkmişlər yerdən replika deyərək Dispanser rəhbərliyindən şikayətləniblər: “Hər dəfə 800 manat pul verirdik. Oranın rəhbəri öz evini təmirsiz saxlamaz, amma yararsız yerə o qədər adamı yığmışdılar”.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses avqustun 28-də davam etdiriləcək.

Baş verən yanğınla bağlı həbs edilən Afər Məmmədovanın yanğını törətməkdə ittiham olunan pasiyent Məhəmməd Məmmədovun həkimidir.

A. Məmmədova Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb.

A.Məmmədova pasiyent M.Məmmədovun ailə üzvlərindən rüşvət alaraq onu qanunsuz olaraq müalicəyə qəbul etməkdə təqsirləndirilir.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.


Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

Ən çox oxunanalar