Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq, qurbanlıqlar kəsiləcək

Bayram qəməri təqvimlə Zül-hiccə ayının 10-dur və Azərbaycan üfüqünə uyğun olaraq miladi təqvimlə avqustun 22-nə təsadüf edir

Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. Bundan başqa, Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar isə dünəndən Minada qurban kəsiblər.

Azərbaycanda bu gün və sabah qurban kəsmək olar.

Qurban bayramı ilə əlaqədar avqustun 22-si və 23-ü ölkədə qeyri-iş günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasından bildirilib ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri – “Eydül-Əzha” – Həzrət İbrahim peyğəmbər əleyhissəlamın adı ilə bağlı olan Qurban bayramı günü müsəlman ümmətinin böyük sevinc və fərəh məqamıdır.

Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş – müstəhəb əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar – bu böyük savabdır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun bir, öküz və inəyin iki, dəvənin isə beş ili tamam olmalıdır. Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. Bir neçə şəxs cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsə bilər. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissənin fəqir və kasıb ailələrə, üçüncü hissənin isə hədiyyə kimi qohum-əqrəbalara paylanması tövsiyə olunur.

Qurbanlıq heyvan, şəriət qaydalarına uyğun olaraq kəsilərkən “Bismillаhi və billаhi vəllаhu əkbər” deyilməlidir. Qurbаn duаsının охunması məsləhətdir. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Hədislərdə qeyd olunub ki, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar. (report.az)

pia.az


Etiket: Qurban bayramı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Başqa ölkənin vətəndaşlığını alan belaruslar polisdə xidmət edə bilməyəcək    

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Ermənistanda rus dilinə yaşıl işıq... - Rusiyanın könlünü almaq istəyirlər?

MSK sədri: ATƏT/DTİHB-in seçkilərin keçirilməsini irəli aparan təklifi olsa, biz buna açığıq

Ən çox oxunanalar