Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netflix, MEGOGO Azərbaycanda lisenziya almalı olacaq

“İnternet TV-lərin lisenziyalaşması ilə bağlı ötən gündən başlayaraq yayılan bütün xəbərlərdə  MTRŞ sədrinin "lisenziya könüllü olacaq" fikri qabardılıb. Amma "Media haqqında" qanun layihəsində İnternet TV -lərin də daxil olduğu fəaliyyət sahəsinin birmənalı olaraq lisenziyalaşması qeyd edilib”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

O.Gündüz qeyd edib ki, könüllülük prinsipi Layihədə  heç bir yerdə nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, Netflix, MEGOGO  Azərbaycanda lisenziya almalı olacaq:

“Müzakirədən bir gün öncə əldə edə bildiyimiz "Media haqqında"  Qanun layihəsini yenidən nəzərdən keçirirəm. Ötən gün Milli Məclisdəki ictimai müzakirədə bəzi narahatlıq doğuran məqamları qeyd etmişəm. İndi yenidən layihədə  istifadə olunan əsas anlayışlara baxıram. Xeyli maraqlı məqamlar var. Bütün dünyanın istifadə etdiyi İnternet TV anlayışı nədənsə bu layihədə "platforma yayımçısı" adı altında istifadə edilib. Layihədə "Sifarişli yayım xidməti provayderi" , "Platforma operatoru" kimi anlayışlar da var. Qanun layihəsinə görə bu qurum, yəni "Sifarişli yayım xidməti provayderi" istifadəçinin istəyinə uyğun proqram təklif edir və məzmuna da məsuliyyət daşıyır.

Maraqlıdır ki, layihədə  "Platforma yayımçısı" kimi "Sifarişli yayım xidməti provayderi"nin, "Platforma operatoru"nun da  lisenziya alması nəzərdə tutulub. Beləliklə, buradan gəldiyim qənaət ondan ibarətdir ki, qanun layihəsi bu formada qəbul edilsə, onda Netflix, Megogo, Oll.tv, Vimeo və s. bu kimi video xidmət platformaları Azərbaycanda yayım üçün lisenziya almalı olacaq. Bu video servislərin Azərbaycanda xeyli istifadəçiləri var. Güman ki, onlardan Azərbaycanda nümayəndəlik açmaq və qeydiyyatdan keçmək  tələb olunacaq. Əks halda onlar ölkə ərazisində qadağan oluna bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar