Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov qəbulda iştirak edən Novruzov qardaşları, Kaveroçkin, C.Hacıbəyli, S.Zeynalov, N.Yusifbəyli, Ə.Topçubaşov küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Mehtiyeva Gülnaz, Yusifova Rəmziyə, Qurbanov Zahid, Hüseynova Aybəniz, Süleymanov Səlimxan, Dünyamalıyeva Həyat və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam örtüyünün təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, həyətin abadlaşdırılması, tikintiyə icazə, yaşadıqları evlərin istismar müddətinin keçməsini nəzərə alaraq yeni layihə çərçivəsində məhəllənin yenidənqurulması barədə müraciətlər etmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlardan, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılmışdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xalq artisti Bəsti Cəfərova: 19 yaşında gözəl idim, sevirdiniz, yaşlanmışam deyə atmalısınız? 

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən çox oxunanalar