Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev yeni vəzifəyə təyin olunub

Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri vəzifəsinə təyin olunub


Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən partiyanın sıralarında öz aktivliyi ilə seçilən YAP Siyasi Şurasının üzvü Təmraz Tağıyev uzun illərdir ki, partiyanın respublikada ilk özək təşkilatı olan Nərimanov rayon təşkilatına rəhbərlik edir.  

Ümummillli liderimiz Heydər Əliyev ideyalarına sədaqəti, ölkə Prezidenti cənab İlham Əliyevə, dövlətçiliyimizə bağlılığı, gənclər arasında böyük nüfuzu və onlara dəstəyi onun fəaliyyətinin əsasını təşkil edir.
Təmraz Tağıyevin keçdiyi keşməkeşli həyat yolu onu daha da mübariz etmiş, müxalif partiyalarla çəkişmələrdə göstərdiyi prinsipial mövqeyi, haqlı və səmimi çıxışları ictimaiyyət tərəfindən həmişə böyük hörmət və ehtiramla qarşılanmışdır.

Təmraz Tağıyev YAP-dakı fəaliyyəti ilə yanaşı, çiyinlərində həm də Nərimanov Bələdiyyəsinin sədri kimi məsuliyyətli və çətin vəzifənin ağırlığını daşıyır.   2010-cu ildə  Nərimanov bələdiyyəsinin sədri seçilmiş  YAP Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyevin bu quruma rəhbərlik etdiyi ilk gündən Bələdiyyənin fəaliyyəti  dirçəlmiş və əldə edilən uğurlar ilbəil yüksəlmişdir. 

Yüksək siyasi əqidəsi, təşkilatçılığı və işgüzarlığı ilə həmişə fərqlənən Təmraz Tağıyev harada işləməyindən asılı olmayaraq həm özünə, həm də rəhbərlik etdiyi işçilərə, eləcə də kollektivlərə qarşı tələbkar olmuş, tapşırılmış vəzifələrin  həyata  keçirilməsinə  böyük  məsuliyyətlə yanaşmışdır. 

Məhz bunların nəticəsində YAP Nərimanov rayon təşkilatının və Nərimanov  rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev daha  bir  etimada layiq görülərək, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 26 aprel 2016-cı il tarixdə keçirilən ümumi yığıncağında yekdil səsvermə ilə Assosiasiyanın sədri vəzifəsinə təyin olunmuşdur. Ona göstərilən bu etimad hamı tərəfindən, xüsusilə də Nərimanov rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış, ürəyincə olmuşdur. 

Təmraz müəllimi bu münasibətlə ürəkdən təbrik edir, çətin və məsul vəzifəsində uğurlar və müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, yüksək siyasi biliyə və zəngin təcrübəyə malik olan Təmraz müəllim, digər vəzifələrdə olduğu kimi, bu vəzifənin də öhdəsindən layiqincə gələcək, dövlətimizin tərəqqisi və xalqımızın firavan gələcəyi naminə yeni-yeni nailiyyətlərə imza atacaqdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar