Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neoconlar”ın oyunu pozuldu - Tramp İranı niyə vurmadı?

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 25 iyun 2019-cu il

Əvvəlcə İran ABŞ-a məxsus insansız idarə olunan təyyarəni vurub. Sonra isə Tramp İrana qarşı hücum edilməsi bağlı əmr verib. Lakin Tramp hücumun başlamasından 10 dəqiqə əvvəl fikrini dəyişdirib. Trampın hücum əmrini ləğv etməsinə ən çox məyus olanlar isə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir.

“Neoconlar” təzyiq göstərsə də, Tramp İranla hələ tam müstəqil siyasət yürüdə bilmir. ABŞ İraqı işğal etdiyi zaman Konqres Corc Buşu dəstəkləmişdi. Lakin bu gün Trampa bu dəstəyi verən yoxdur. Respublikaçılar arasında da fikir birliyi yoxdur. Bir qisim trampçılar isə neoconların ABŞ-ı müharibəyə sürükləməsinə qarşı hazırlıqlı olmağa çalışırlar. Məsələn, “Fox News” aparıcısı Taker Karlsonun fikrincə, İranı bombalamaq Trampın siyasi karyerasına son qoyacaq və 2020-ci ildə yenidən prezident seçilmək şansını əlindən alacaq.

Trampın Milli Təhlükəsizlik Müşaviri Con Bolton rus və israilli həmkarları ilə birlikdə zirvə görüşü keçirmək üçün Qüdsdə olub. Netanyahu ilə birlikdə mətbuat konfransı keçirən Bolton İrana qarşı hərbi müdaxilə edilməsi məsələsinin hələ də gündəmdə olduğunu bildirib. Karlson isə Boltonun açıqlamasını “Neoconlar Vaşinqtonda hələ də güclüdürlər. İranla aparılan müharibənin xərci ilə heç maraqlanmırlar” sözləri ilə şərh edib. Tramp onu dəstəkləyən medianı daha çox dinləyir. O, həm 2016-cı il prezident seçkilərində, həm də Prezident seçildikdən sonra sabiq rəhbərləri trilyonlarla dollara başa gələn mənasız müharibələr aparmaqda günahlandırmışdı. Trampın prezident seçilməsində əsgərlərə verdiyi vədlər xeyli rol oynamışdı.

Bolton və Maykl Pompeonun Tramp komandasında iştirak etməsi “İsrail lobbisi”nin Netanyahuya dəstək verən qanadını çox sevindirib. Tramp 2020-ci ildə yenidən prezident seçilmək üçün lobbinin dəstəyinə ehtiyac duyur. “Demokratlar”ın İsrail əleyhinə olan partiyaya çevrildiyini iddia edən Tramp “lobbi”dən yalnız onu dəstəkləməsini tələb edir. Digər tərəfdən, İsrail tərəfdaşı olan evangelist xristian sionistlərin dəstəyini itirmək istəməyən Tramp hər iki qismə çox güzəştə gedir. İsrail üçün İranla müharibə etmək isə Trampın siyasi karyerası baxımından heç yaxşı olmayıb.

Tramp Şimali Koreya məsələsində olduğu kimi, İran məsələsində də neoconlardan istifadə edir. Tramp sabiq Xarici İşlər naziri Reks Tillersonu Şimali Koreyaya qarşı yumşaq davranmaqda günahlandırmışdı. O, Şimali Koreya lideri ilə 2 dəfə üz-üzə görüşüb. İkisi hələ də dostcasına məktublaşır.

Bolton və Pompeo “İrana maksimum təzyiq” kampaniyasının əsas aktyorlarıdır. Tramp neoconlar vasitəsilə İranı mwharib'y' təhrik etmək istəyir. Bir tərəfdən, Körfəzə əsgərlər yığır, digər tərəfdən isə İran liderlərinə “gəlin üz-üzə danışaq”, deyir. Körfəzdəki hərbi baza İran qüvvələri ilə üzləşə bilər və bu da vəziyyəti gərginləşdirə bilər. Bu təhlükə hər zaman var.

“Amerika Hərbi-Sənaye Kompleksi” də Trampdan yeni müharibələr gözləyir. Tramp yeri gələndə öz çirkin siyasətinə Hərbi-Sənaye Kompleksi”ni də daxil edir. O, həm də Hərbi-Sənaye Kompleksi”n qəzəbinə tuş gəlməmək üçün xarici siyasətdə də silah satışına daha çox diqqət ayırıb. Ceyms Metisdən qalan Müdafiə Nazirliyinə Tramp “Boeing”-də 30 ildən çox rəhbərlik etmiş Patrik Şanahanı vəkil kimi təyin etmişdi. Şanahan istefa verəndən sonra Tramp Mark İsperi namizəd kimi irəli sürüb. İsper də “Patriot” müdafiə sistemlərini istehsal edən “Raytheon” şirkətində uzun illər lobbiçilik edib.

ABŞ Konqresinin əngəlləmə cəhdlərinə baxmayaraq, Tramp adminstrasiyası Səudiyyə Ərəbistanı və Ərəb Əmirlikləri ilə yeni silah sazişi imzalayır. Tramp “biz satmasaq ruslardan, çinlilərdən alarlar” deyərək Konqresin əngəlini aşmağa çalışır. Tramp bütün bu qarışıq maraqlar içərisində əsl jonqlyor (və ya hoqqabaz) kimi siyasət aparır. Buna görə də, ən kiçik bir problemdə aşağı yıxıla bilər. İranla müharibə yaxın günlərdə gözlənilməsə də, neoconların pusquda durduğunu unutmamalıyıq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar