Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "Özünəməşğulluq proqramı çərçivəsində 5500 nəfər aktivlər alıb"

"Ötən il ərzində özünəməşğulluq proqramı 6 dəfədən çox genişləndirilib"

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 2018-ci ildə bu istiqamətdə nazirliyə 7800 vətəndaş müraciəti qəbul olunub: "Onlardan 7200-ü müxtəlif kurslar, proqramlar, təlimlərdən keçərək öz biznes planlarını müdafiə ediblər. Artıq 5500 nəfər aktivlərini alıblar. Bu mütəmadi davam edən bir prosesdir".

Nazir qeyd edib ki, bu tədbirlər çərçivəsində vətəndaş ələbaxımlılıqdan qurtarılır: "Həmin insan öz əməyi ilə öz təsərrüfatını qurur. Bu günə qədər 200-dən artıq özünəməşğulluqla məşğul olan ailədə olmuşam, hər birində çox ciddi ümid və niyyət var".

S.Babayevin sözlərinə görə, özünəməşğulluq proqramına müraciətlərin təqribən 85 faizi heyvandarlıqla bağlıdır: "Qalan 15 faiz isə istehsalat və xidmət sahələridir. Burda da bizim ciddi potensialımız var. Aralarında şirniyyat sexi, gözəllik salonu, internet kafelər açmaq, iaşə xidmətləri göstərmək istəyənlər də olur. Eyni zamanda müxtəlif oyma, sənətkarlıq nümunələri, xalçaçılıq dəzgahları istəyənlər də var. Bu il proqramın daha da genişləndirilməsi nəzərdə tutulur".(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Elgizlə Rüfət üz-üzə: "Səni yıxıb sürüyəcəm"

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Zelenskini “Ukraynanın baş keşişi” adlandırdı

Ən çox oxunanalar