Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“National Geographic” Azərbaycanın milli mətbəxinə məqalə həsr edib

Azərbaycan mətbəxi yeməklərin rəngarəngliyi ilə seçilir”.

PİA.az xəbər verir ki, bu barədə tanınmış “National Geographic” nəşrinin Azərbaycanın müxtəlif bölgələrinin 7 məşhur təamından bəhs edən məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, ölkənin doqquz iqlim qurşağı onun sakinlərini bol təzə məhsullar, həmçinin şaftalı, nar, alma, əncir, zəfəran və şirin bibərlə təmin edir.

Azərbaycan mətbəxinin şahı olan zəfəranlı plov hər zaman diqqət mərkəzindədir. O, qril kababı, şişdə ət, dolma və soyuq salatlarla süfrəyə verilir”, - məqalədə bildirilir.

Nəşr Azərbaycanın paytaxtı Bakını təmsil edən yemək kimi duşpərəni seçib.

“National Geographic”in qeyd etdiyi digər yemək isə Azərbaycanın cənub bölgəsinə aid olan ləvəngidir: “Bu yemək, adətən Azərbaycanın ən mühüm milli bayramı olan, yazın başlanğıcının qeyd edildiyi Novruz bayramında hazırlanır”.

“Pitinin adı isə onun hazırlandığı və süfrəyə verildiyi gil qabdan götürülüb”, - nəşr məşhur Şəkini pitisini belə təsvir edir.

“National Geographic”də qeyd olunur ki, Naxçıvan bölgəsi “qovurma” adlanan yeməklə tanınır. Müəllifin sözlərinə görə, dana və ya quzu əti doğrandıqdan sonra bir gün qurudulur, duzlanır, bişirilir, daha sonra yağda qızardılır.

Məqalədə vurğulanılır ki, Naxçıvanda ətin saxlanması ənənəsi azı XV əsrə gedib çıxır və bununla bağlı “Dədə Qorqud” dastanında bəhs edilib.

Azərbaycanın Qax rayonunda bişirilən “sürhüllü” adlı yemək də kulinariya şedevrləri siyahısına düşüb.

Milli mətbəxin digər ən vacib yeməklərindən biri isə Gəncənin Şah plovudur.

Azərbaycan milli mətbəxinin yeddinci, lakin az əhəmiyyətli olmayan təamı isə Qarabağ kətəsidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Ən çox oxunanalar