Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Təmsilçimiz “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb...

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Malmö”nü qəbul edib.

Komandamız matça aktiv başlayıb. Hesabı Olaviyo Juninyo açıb. Lakin qonaqlar oyunda dönüş yaratmağı bacarıb. 2 qol vuran Erik Botyem isveçlilərə qələbə qazandırıb.

“Qarabağ” ilk oyunda “Tottenhem”ə (0:3), “Malmö” isə “Reyncers”ə (Şotlandiya) uduzub (0:2).

Avropa Liqası
Liqa mərhələsi, II tur

3 oktyabr

20:45 Qarabağ – Malmö (İsveç) 1:2
Qollar: Olaviyo Juninyo, 15, - Erik Boteym, 19, 47
"Qarabağ": 97. Fabian Buntiç, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir (k), 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
"Malmö": 27. Yohan Dahlin, 17. Yens Streger, 18 Pontus Yansson, 19. Kolin Rösler, 20, Erik Botheim, 25. Qabiel Busanello, 10. Andreas Kristansen (k), 8. Serxio Pena, 23. Lasse Berq Yonson, 16. Oliver Berq, 9. İsaak Kiese Telin,
Ehtiyat oyunçular: 1. Rikardo Friedrix, 35. Soren Rieks, 7. Otto Rozenqren, 14. Sebastyan Yorgensen, 13. Martin Olsson, 38. Uqo Bohlin, 22. Taha Ali, 32. Daniel Qudyonsen. 37. Adrian Skoqmar, 35. Nils Zatterstörm, 34. Zakaria Lukili
Baş məşqçi: Henrik Ridström
Baş hakim: Anatasios Papapetru (Yunanıstan)
(Tofiq Bəhramov adına Respublika stadionu)

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.

Oyunda hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində Juninyo fərqlənib - 1:0.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” – "Malmö" (İsveç) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 23:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": Fabian Buntiç (q), Xulio Romao, Yassin Benzia, Abdullah Zubir (k), Bəhlul Mustafazadə, Leandro Andrade, Juniniyo, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Patrik Andrade, Kevin Medina.

"Malmö": Yohan Dahlin (q), Serxio Pena, İsaak Kyese Telin, Anders Kristensen (k), Oliver Berq, Yens Striqer, Pontus Yansson, Kolin Rösler, Erik Botheym, Lasse Berq Yonsen, Qabriel Busanello.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Ən çox oxunanalar