Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib - Foto

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “ Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq aprelin 25-də Bakı Dövlət Universitetində Azərbaycan İstiqlal Muzeyinin dəstəyi ilə “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib...

Poliqon xəbər verir ki, narkomaniyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır.

Tədbiri fakültənin dekan müavini Etibar Əhmədov açıq elan etdi, fakültənin
dekanı Ziyatxan Əliyev gənclərə narkomaniya ilə mübarizə yolunda öz
tövsiyyələrini verdi. Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramida Mamedova çıxış edərək, İstiqlal Muzeyində narkomaniya ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi və bu mövzuya göstərilən diqqət haqqında söz açdı. Daha sonra çıxış üçün söz Bakixanov İnklüziv Təhsil mərkəzinin rəhbəri , psixoloq Ayşən Səmədovaya verildi.

Psixoloq ölkədə narkotiklərin qanunsuz dövriyyəsindən, narkomaniyaya qarşı
cəmiyyətin bütün üzvlərinin mübarizəsindən və maarifləndirmə tədbirlərinin
mütəmadi olaraq təşkilindən danışdı.

Tədbir zamanı psixoloq tərəfindən tələbələr üçün proektiv metodika keçirildi.
Sonda BDU-in mexaniki-riyaziyyat fakültəsinin THK-in sədri Murad Muradov
fakültə adından tədbirdə iştirak edənlərə minnətdarlığını bildirdi.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

"Real Madrid" dünyanın ən bahalı futbol klubu olub

Ən çox oxunanalar