Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN-in həbs etdiyi direktorla bağlı - Qərar

Kompüter sisteminə qanunsuz daxil olma və bir neçə cinayətdə təqsirləndirilən Rəhman Musayevin barəsində olan məhkəmə qərarından verilən kasasiya protestinə baxılıb

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Rəhman Musayevin kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, prokuror Rəhman Musayevin barəsində Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərarın ləğv edilməsini, onun cəzasının ağırlaşdırılması barədə işə yenidən baxılmasını istəyib.

Qeyd edək ki, Rəhman Musayevin barəsində Cinayət Məcəlləsinin 271-ci (kompüter sisteminə qanunsuz daxil olma), 177-ci (oğurluq) və 192.2.1-ci (qanunsuz sahibkarlıq, külli miqdarda ziyan vurduqda) bir neçə maddə ilə ittiham irəli sürülüb.

O, daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən həbs edilib və MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qrup tərəfindən onun istintaqı aparılıb.

İttihama görə, Rəhman Musayevin “Azəriqazbank”da pul hesabı olub.

O, xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub. MTN-ə çağırılan Rəhman Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı bir neçə maddə ilə ittihamlar irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Musayevin barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra Rəhman Musayev apelyasiya şikayəti verərk, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun anasının adına olan bir neçə torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülüb.
Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Rəhman Musayev və ailəsi də “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb.

O, Mavrikiy Respublikasında fəaliyyət göstərən “İnrageous Payment LTD” şirkətinin Azərbaycandakı filialının direktoru vəzifəsində işləyib. (Teleqraf.com)

pia.az


Etiket: məhkəmə MTN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar