Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskovskiy Komsomolets”: Xənkəndi Azərbaycanla barışıqdan dərhal sonra tərk edilir

“Dağlıq Qarabağı əhatə edən bölgələrdən ermənilərin təxliyyəsi başladı. Əşyalar yüklənmiş yüzlərlə maşın Ermənistan sərhədinə doğru hərəkət edir”.

PİA.az xəbər verir ki, bu barədə nüfuzlu “Moskovskiy Komsomolets” nəşri yazır. Məqalədə ermənilərin Azərbaycanla barışıq müqaviləsinin şərtlərinə görə Bakıya qaytarmalı olduqları ərazilərdəki evləri necə yandırdıqları barədə sosial şəbəkələrdə videogörüntülərin yayılmasından bəhs edilir: “Videolardan birində IX-XIII əsrlərdə tikilmiş Dadivank monastrının (Alban kilsəsi – red) yaxınlığında bir evin yanması əks olunur. Xaçlar və zənglər bir gün əvvəl oradan götürülüb. Dadivank yaxınlığındakı ərazilərdən başqa, Qarabağın keçmiş “təhlükəsizlik kəməri” AğdamLaçın bölgələrindəki evlər də alov içindədir”.

“Moskovskiy Komsomolets” daha sonra yazır: “Erməni yerli hakimiyyət orqanları ehtiyacı olanların hamısını mənzil ilə təmin edə biləcəklərini deyir. Bundan əlavə, 13 noyabrdan etibarən Ermənistanın paytaxtından bütün qaçqınları evlərinə pulsuz daşıyacaq avtobuslar ayrılıb.  Hələlik nə qədər insanın Qarabağı tərk etdiyi məlum deyil. Müharibədən əvvəl Qarabağda təxminən 150 min erməninin yaşadığı iddia edilir ki, bunun da təxmini 50 min nəfəri Stepanakertdə idi. Lakin şahidlərin sözlərinə görə, şəhər demək olar ki, boşdur”.

Nəşr Stepanakertdən yenicə qayıdan hərbi zabit Gevorq Stepanyanın “MK”ya şəhərin bir ay yarım atəşə tutulmasından sonra vəziyyəti barədə dediklərini də çap edib:

“Bizi Şuşanı müdafiə etmək üçün göndərdilər. Amma düzünü desəm, praktik olaraq orda heç vaxt mülki insanlarla görüşmədim. Stepanakert isə təxminən 80 faiz boşalıb. Stepanakertdə atəş zamanı bunkerlərdə gizlənən müəyyən sayda insanı gördüm, amma çox az idilər. Vardenisə gedərkən də heç bir mülki şəxs görmədik. Bütün insanlar oradan çoxdan çıxmişdi. “Artsax” (Qarabağ – red) hərbçiləri arasında da yerli sakin azdır. Müdafiə Ordusu həmişə 90 faiz Ermənistan sakinlərindən ibarət  olub. Zabitlər də əsasən Ermənistandan idilər. Onların da hər zaman “artsaxlı” (qarabağlı – red) olduğunu bilmişik”.

Şuşanın keçmiş bələdiyyə başçısı Artsvik Sarkisyanın sözlərinə görə isə, şəhərə basqın başlamazdan əvvəl orada yalnız iki mülki şəxs qalıb: 63 yaşlı riyaziyyat müəllimi Artur Qazaryan və onun qonşusu. Onlar isə son dəfə orada noyabrın 5-də görüntülənib. Bundan sonra Azərbaycan Ordusu şəhərə hücuma başladı.

Məqalədə qeyd olunur ki, insanların harada və necə yaşayacaqlarına  qərar verməkdə tərəddüdlərinə baxmayaraq, Rusiya sülhməramlıları Qarabağa gəlməyə davam edir.  Ermənilər hər yerdə onları özlərinin müdafiəçisi kimi qarşılayır, amma çox gecikdiklərini deyirlər. (konkret.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar