Bazar, 09 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Monmart yenidən Səbaildə - Fotolar


Səbail rayonunun mərkəzindəki “Sahil bağı”da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatşılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə «Heydər Əliyev və Azərbaycan» mövzusunda rəsm müsabiqəsi keçirilib


Bayramsayağı bəzədilmiş “Sahil bagı”da böyük abadlıq isləri aparılmış, park başdan-başa yenilənmiş, müxtəlif kompozisiyalar hazırlanmışdır. Parkdakı gül kompozisiyaları insanları dönə-dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətinə güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.

Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan 200- dən çox məktəbli, ali məktəblərin tələbələri, 100-dən çox gənc rəssam ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif güşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən müxtəlif rəsmlər çəkmişlər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər vermişlər.

Eyni zamanda parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən
ibarət sərgi də nümayiş etdirilmiş, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanmışdir. Gənc rəssamlar öz əsərlərinin nümayisi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar vermişlər.

Rayon musiqi məktəblərinin ansablları, solistləri, rəqqasları Sahil parkına
toplaşanlar üçün konsert proqramları ilə çıxış etmişlər. Məktəblilərin iştirakı ilə müxtəlif Fleş-moblar keçirilmişdir. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimovun rəhbərliyi, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon nümayəndələrinin iştirakı ilə yaradılmiş münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən etmişdir. 

Müsabiqənin qalibləri Səbail RİH-nin Fəxri Fərmanları və hədiyyələri ilə,
digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar Səbail RİH sertifikatları ilə mükafatlandırılmışlar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail Rayon
Təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, tanınmış ictimai xadim Fəxriyyə Xələfova və digər rəsmi qonaqlar, rayonun idarə, təşkilarlarının rəhbərləri, ali məktəb rektorları, pedaqoji kollektivlərin, veteranların və ictimaiyyətin nümayəndələri parkı gəzmiş. məktəblilərin çəkdikləri rəsmlər, parkdakı sərgi və burada yaradılan gül kompozisiyaları ilə tanış olmuş, iştirakçılarla səmimi söhbətlər etmişlər.

Gün ərzində davam edən sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb etmişdir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hakim intihar etməzdən əvvəl məmurların adı keçən məhkəmə işinə baxıb

Beynəlxalq Cinayət Məhkəməsi Azərbaycanın düşmənlərini hədəfə aldı

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub

Misir Prezidenti: "Regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq"

İcra başçısı Ələt qəsəbəsində növbəti qəbul keçirib

Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb

Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını Rövşən Nəcəfə təqdim edib

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları gecə vaxtı tapşırıqlar icra ediblər - Video

Ən çox oxunanalar