Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mogerini: "Aİ Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işləri davam etdirir"

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini bu ilin 27 noyabr tarixində Avropa Parlamentinin şərq qonşuluğunda inkişaf mövzusunda keçirilən müzakirələrində çıxış edib

 

 

Trend Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, çıxışı zamanı Ali Nümayəndə son 5 il ərzində Şərq Tərəfdaşları ilə işləmək imkanından bəhs edərək 2014-cü ildə vəzifəyə gəldiyi zaman bu məsələnin Aİ-nin xarici və təhlükəsizlik siyasəti gündəliyinin ən mühüm elementlərindən biri olduğunu qeyd edib və hazırda isə Aİ-nin Şərq Tərəfdaşlarına daha da yaxın olduğunu vurğlayıb.

Hər bir Şərq Tərəfdaşlığı ölkəsi ilə münasibətlər haqqında bəhs edən F.Mogerini, Aİ-nin Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işi davam etdirdiyini və beynəlxalq standartlara uyğun olaraq, insan hüquqlarından iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinədək müxtəlif məsələləri əhatə edən ambisiyalı sazişin arzu edildiyini vurğulayıb. Aİ-nin Ali Nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işin, ErmənistanAzərbaycan arasında ən yüksək səviyyədə dialoqun dəstəklənməsinin və təşviq edilməsinin davam etdiriləcəyini bildirib. Aİ-nin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini, Aİ-nin Xüsusi Nümayəndəsinin fəaliyyəti vasitəsilə daxil olmaqla, dəstəklədiyi vurğulanıb.

Qeyd etmək lazımdır ki, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən bu çıxışın Azərbaycanla bağlı, xüsusilə də münaqişənin həllindən bəhs edən paraqrafına daxil edilmiş "Azərbaycan" keçidi oxucunu bu ilin aprel ayında Brüsseldə keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasının mətbuat konfransına istiqamətləndirir.

Xatırladaq ki, sözügedən mətbuat konfransı zamanı Ali Nümayəndə F.Moqerini Azərbaycanı Aİ-nin çox mühüm tərəfdaşı adlandırır və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün Aİ tərəfindən tam şəkildə dəstəkləndiyini vurğulayır.

pia.az


Etiket: Saziş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar