Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixail Saakaşvili aclıq aksiyasını hansı şərtlərlə dayandırdı - Yenilənib

Saxlanıldıqdan sonra 42-ci gündür həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu gün müəyyən şərtlərlə aclıq aksiyasını dayandırmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə o öz rəsmi Facebook səhifəsində dərc olunan məktubunda bildirib.

"Strasburq məhkəməsinin və Qərb tərəfdaşlarının müraciətini nəzərə alaraq aclıq aksiyasını dayandırmaq qərarına gəldim. Lakin bunun üçün şərtlər var", - deyə məktubda bildirilir.

Yazıda qeyd olunur ki, aclıq aksiyası bitirdikdən sonra o, mülki klinikada reabilitasiya dövrü keçməlidir. Saakaşvili vurğulayır ki, aclıq aksiyasını dayandırmaq kifayət qədər mürəkkəb prosessdir və həbsxana xəstəxanasında texniki şərait, ixtisaslı tibb işçiləri və təhlükəsizlik təminatları yoxdur, ona görə də o, mülki klinikaya köçirilməlidir.

***

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Strasburq məhkəməsinin qərarını nəzərə alıb.

Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.

Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar