ABŞ Misiri Rusiyanın yardımından imtina etməyə və Ukraynaya artilleriya ilə kömək etməyə məcbur edib..
ABŞ-ın sızdırılmış məxfi sənədlərindən məlum olur ki, Misir Rusiya əvəzinə Ukraynaya silah göndərməyə qərar verib.
Pentaqonun sızdırılan gizli sənədlərində ABŞ-ın Misiri Rusiya yardımından imtina etməyə və əvəzində Ukraynaya artilleriya sursatları ilə kömək etməyə məcbur etdiyi bildirilir.
Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzetinin məlumatında bildirilir.
Sızdırılan faylda deyilir ki, Qahirə Vaşinqtonun təzyiqi ilə Moskva ilə razılaşmanı təxirə salmaq qərarına gəlib. Bundan başqa, Misir tərəfi Kiyevə göndəriləcək 152 və 155 millimetr çaplı artilleriya mərmilərinin ABŞ-a satışını təsdiqləyib.
Qeyd edək ki, məxfi sənədlərdə deyilirdi ki, prezident Əbdülfəttah əs-Sisinin Rusiyaya göndərilməsi üçün Misir hərbi müəssisələrində 40 minə qədər raket və mərmi istehsalına göstəriş verib. Misir hakimiyyəti Rusiyaya minlərlə raket tədarük etmək planları barədə xəbərləri təkzib etmişdi.
Poliqon.info