İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs razılaşması qüvvəyə mindikdən sonra Misir Qəzza zolağına hər gün 200 yük maşını humanitar yardım çatdırmaq niyyətindədir...
Poliqon xəbər verir ki. bu barədə Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvanın bəyanatında deyilir.
Bundan əlavə, Misir hakimiyyətinin planlarına görə, dörd gün ərzində Qəzza zolağına gündəlik 130 min litr dizel yanacağı çatdırılacaq. Misir də hər gün dörd yük maşını benzinlə anklava göndərmək niyyətindədir.
Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşma noyabrın 24-də saat 07:00-da qüvvəyə minəcək. İsrail və HƏMAS arasında razılaşma həmçinin israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur. Razılaşmalara əsasən, humanitar atəşkəsdən sonra 4 gün ərzində 50 israilli girov və 150 fələstinli məhbus azad ediləcək.
Poliqon.info