Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Qəhrəman Aqil Məmmədovun anım mərasimi keçirilib – Video

Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid Milli Qəhrəman Aqil Məmmədovun anım mərasimi keçirilib

Müdafiə Nazirliyi xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisəsinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasim iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş A.Məmmədovun keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Çıxış edənlər Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsindən, Aqil Məmmədov kimi oğullarımızın döyüşlərdə göstərdikləri şücaətdən danışıblar. Aprel döyüşlərinin müasir tariximizin ən uğurlu hərbi əməliyyatlardan biri olduğu qeyd edilərək ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı xüsusi vurğulanıb.

Sonra tədbir iştirakçılarına Milli Qəhrəman Aqil Məmmədova həsr olunan sənədli film nümayiş etdirilib.
Bədii hissə ilə davam edən tədbirin sonunda xatirə fotosu çəkdirilib. (Strateq.az)

pia.az


Etiket: Aqil Məmmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Göygöldə yük və minik avtomobilləri toqquşub  

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Ən çox oxunanalar