Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur müğənnilərin orucluqdan sonra toy qiymətləri - Siyahı

Orucluqdan sonra şadlıq evlərində menyunun bahalaşacağı bildirilir...

Artıq bir neçə gündən sonra toylar başlayır. Yeni qiymətlər olacaq.

Bəs məşhur müğənnilər necə, toy qiymətinə yenidən baxacaqlarmı?

Poliqon.info xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az ifaçılar arasında sorğu keçirib.

Xalq artisti Bilal Əliyev deyib ki, ölkədə yalnız şadlıq saraylarında deyil, ümumiyyətlə hər yerdə qiymət artımı müşahidə olunur:

"Hələ şadlıq evlərindəki qiymət artımı ilə bağlı heç bir məlumatım yoxdur. Belə düşünürəm ki, əgər menyu bahalaşsa, biz də şadlıq evinin rəhbərləri ilə danışıqlarımız zamanı xahiş edəcəyik ki, bizim də qonorarımızı bir balaca artırsın. Əvvəl çox qazanıb az işləyirdiksə, indi çalışacağıq ki, çox işləyib, çox qazana bilək".

Əməkdar artist Nigar Şabanova da məbləği artırmayacağını bildirib:

"Camaatın evini yıxa bilmərəm. Allahından şadlıq sarayları qiyməti o qədər qaldırıb ki, müğənniyə qonorarı artırmağa yer qalmır. Toy sahibi bilmir qızıl, paltar, cehiz və ya ev alsın, balasına normal toy edib xonça tuta bilsin yoxsa, toydan qalan pulu şadlıq evinə verib getsin. Camaatın nəfəsini kəsmək olmaz. Qiyməti artırmağı düşünmürəm".

Manaf Ağayev də bahalıq mövzusunda fikirlərini Globalinfo.az-la bölüşüb:

"Qiymət artırmaq bizə aid deyil. Yaxşı adamın toyuna təmənnasız gedirik, dostumuzdan pul almırıq, imkanı olmayanlara kömək edirik. Ona görə də, məndə standart qiymət olmur. Həm də baxır toyu mənimlə kimin danışmağına. Kasıb birinə necə böyük məbləğ deyə bilərəm?!"

Xalq artisti Eyyub Yaqubov da bahalı müğənnilərdəndir. Amma o, bu mövzuda danışarkən bunları deyib:

"Xeyr, qonorarı artırmaq fikrimiz yoxdur. Standart olaraq qalacaq".

Müğənni Vasif Məhərrəmli də qiymətə yenidən baxmayacağını deyib:

"Mənim heç bir qiymət artımından xəbərim yoxdur. Aldığım məbləğ stabil olaraq qalır".

Toy biznesində özünəməxsus yeri olan müğənni Mətanət Əsədova:

"Düzü bu işlərə mən baxmıram. Mənim işlərimi həll edən adamlar var. Hələ baxacağıq".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar