Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmur biznesinin həddindən artıq yayıldığı Azərbaycanda Rəqabət Məcələsi işləyəcək?..

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun prezident tərəfindən imzalanıb...

İqtisadçı-ekspert: “Rəqabət Məcəlləsinin təsdiqlənməsi çoxdan gözlənilən bir məsələ idi”.

“Rəqabət Məcələsi bu sahədə düzən yaradılması, rəqabətin gücləndirilməsi üçün hüquqi baza yaradır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda qəbul olunan Rəqabət Məcələsini Poliqon-a şərh edərkən qeyd edib.

Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında qəbul edilmiş “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun prezident tərəfindən imzalanıb. Bəzi ekspertlər Rəqabət Məcəlləsinin ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi məqsədilə hazırlandığını deyir.

Həqiqətənmi Rəqabət Məcələsinin qəbulu istehlak bazarında canlanma və iqtisadiyyatda rəqabətin ədalətli şəkildə təmin edilməsinə xidmət edəcək? Azərbaycanda məmur biznesinin həddindən artıq yayıldığını nəzərə alarsaq, bu mümkündürmü?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Hüquqi baza əsasında Azərbaycanda rəqabətsizlik mühinin aradan qaldırılmasının yolları və üsulları həmin məcəllədə öz əksini tapıb”.

Rəqabət Məcəlləsinin daha geniş biznes çevrələrinə çatması üçün təbliğat işlərinin güclənməsinin yaxşı ola biləcəyini vurğulayan ekspert Poliqon-a bildirib ki, qanun rəqabətin gücləndirilməsi üçün hüquqi baza yaradı:

“Rəqabət Məcəlləsinin təsdiqlənməsi çoxdan gözlənilən bir məsələ idi. Bu məsələ uzun illər idiki müzakirə olunurdu, hətta 2008-ci ildən bəri dəfələrlə bu məsələ qalmışdı. Nəhayət ki, Rəqabət Məcələsi qəbul olundu.

Rəqabət Məcələsi bu sahədə düzən yaradılması, rəqabətin gücləndirilməsi üçün hüquqi baza yaradır. Bu hüquqi baza əsasında da Azərbaycanda rəqabətsizlik mühinin aradan qaldırılmasının yolları və üsulları həmin məcəllədə öz əksini tapıb.

İndi çox yaxşı olardı ki, Rəqabət Məcəlləsinin daha geniş biznes çevrələrinə çatması üçün təbliğat işləri güclənsin. Beləliklə də, biznes öz hüquqlarını bilsin”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar