Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məktəb direktorları alverlə məşğuldur” — Deputatdan ittiham

Azərbaycanda savadlı, yüksək biliyə sahib olan məktəblilərlə yanaşı, yazıb-oxumağı bacarmayanlar da var. Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı rəsmi məlumata əsasən, 2021-ci ildə IX sinif şagirdləri arasında yazıb-oxuya bilməyən şagirdlərin sayı 38 nəfər olub. Rayonlar üzrə antirekord Cəlilabadda qeydə alınıb. 

Rəsmi statistkaya əsasən, Cəlilabadda 5 nəfərin, GoranboyUcar rayonlarının hərəsində 4, Füzuli, MasallıTərtər rayonlarında 3, LerikŞəmkir rayonlarının hərəsində 2, Ağcabədi, Balakən, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Oğuz, Salyan, Şirvan, TovuzZaqatala rayonlarında isə bir nəfərin yazıb-oxumağı bacarmadığı müəyyən edilib.  

Texnologiya dövründə hələ də yazıb-oxumağı bacarmayan məktəblilərin olması barədə Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Etibar Əliyev ölkəmizdə savadsızlığın geniş vüsət aldığını bildirib. Onun sözlərinə görə, adını yaza bilməyən şagirdlər məktəbə getməyənlərdir.

"Çox vaxt buna funksional savadsızlıq deyilir. Bir şagird bir neçə fənnin elementar əsaslarını bilmir. Hərfləri tanımayan şagirdlər məktəbə getməyənlərdir. Valideynlə məktəb direktoru arasında müəyyən sövdələşmələr olur. Valideynlərdə də günah var. Məktəb direktorları bu işdə konkret olaraq alverlə məşğuldur. Buna görə də savadsızlıq baş alıb gedir və qarşısı hələ də alınmır". 

Savadsızlığın artması iddiasına gəlincə, deputat bunu yuxarı siniflərdə dərslərin yaxşı keçirilməməsi ilə əlaqələndirib:

"Yuxarı sinif şagirdləri direktorlarla sövdələşmə əsasında hazırlıq kurslarına getmək adıyla kütləvi şəkildə məktəbdən yayınırlar. Orta təhsil haqqında sənəd kamal attestatı adlanır. Yəni məktəb ağıllı, kamallı fərd yetişdirməlidir. Artıq kamal attestatı öz mahiyyətini itirib. Dəfələrlə demişəm ki, uşaqları məktəbə qaytarmaq lazımdır. Təəssüflər olsun ki, səlahiyyətli şəxslər bu haqda danışmırlar. Ayrı-ayrı əllərə külli miqdarda vəsait axır. Kənardan durub məktəbin işinə qarışanlar var. Qısa zaman kəsiyində ciddi addımlar atılmalıdır. Məktəb direktorlarının 70-80 faizi yerində olmayan, şübhəli əsaslarla təyin olunan adamlardır. Məktəb idarəçiliyi naşı adamların əlinə verilirsə, şübhəsiz ki, yazıb-oxumaq bilməyən şagirdlər də mövcud olacaq". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar