Meksikada həbsxanalarının birində futbol zamanı yaşanan insident ölümlə nəticələnib...
Hadisə iki narkotik dəstəsi arasında oynanılan matçda baş verib. Məhkumlar bir-birlərinə bıçaq və sərt cisimlərlə yanaşı, silahla hücum ediblər. Nəticədə 16 məhkum həyatını itirib.
Hadisə ilə bağlı araşdırma başlanılıb. Davadan sonra həbsxanada axtarışlardan sonra 4 silah, 9 mobil telefon, 17 bıçaq və narkotik vasitə aşkar edilərək götürülüb.
pia.az