Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Malyar: Ukrayna özündən çox güclü Rusiyanın hərbi doktrinasına meydan oxuyur...

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar əks-hücumun çox ləng getdiyinə dair iddiaları rədd edib...

Poliqon xəbər verir ki, Ukrayna ordusunun rəsmisi bu barədə Reuters Agentliyinə müsahibəsində bildirib.

Malyar bildirib ki, Ukrayna faktiki olaraq canlı qüvvə və silah baxımından böyük üstünlüyə malik olan düşmənə hücum edərək Rusiyanın hərbi doktrinasına meydan oxuyur.

“Bu irəliləyişi metrlərlə və ya kilometrlərlə ölçmək düzgün deyil. Vacib olan odur ki, hər şeyə rəğmən, biz daha az canlı qüvvə və silahlarımız az olmasına baxmayaraq, irəliləyirik”, deyə Ukrayna müdafiə nazirinin müavini bildirib.

Malyar əməliyyatları sürətləndirmək üçün Qərbin Ukrayna ordusuna hər hansı təzyiqindən xəbərsiz olduğunu da söyləyib və universal “düzgün temp” ideyasına etiraz etdi.

Ukrayna ordusunun rəsmisinin sözlərinə görə, rus qoşunları Ukrayna ordusuna doğru həftədə 400-500 min artilleriya mərmisi atır:

“Bu, Ukraynadan verdiyi qarşılıqdan təxminən 10 dəfə çoxdur”, deyə Anna Malyar vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ən çox oxunanalar