Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə naziri deputatların büdcə ilə bağlı təkliflərinə münasibət bildirib

Maliyyə naziri deputatların büdcə ilə bağlı təkliflərinə münasibət bildiribSamir Şərifov
“Hamımızın böyük şərəflə yaşadığımız günlərdən dərhal sonra Milli Məclisə təqdim olunan dövlət büdcəsinin layihəsi parlamentdə müzakirə edilib. Əksər deputatlar öz təkliflərini bildiriblər”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, öz doğma yurdlarına qayıdacaq vətəndaşların sosial müdafiəsi məqsədilə vəsaitin artırılması imkanlarına baxılması təklifləri olub: “Digər istiqamət isə dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün əlavə vəsaitin artırılması olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrasturtura, insanlara dəymiş maliyyə ziyanının öyrənilməsi üçün sürətlə işlər aparılır. Bu qiymətləndirmələr yekunlaşdıqdan sonra maliyyə ehtiyatları müəyyənləşəcək”.

Nazir bildirib ki, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması Azərbaycan Prezidentinin hər zaman diqqət mərkəzində olub.

S.Şərifovun sözlərinə görə, son 5 ildə sosialyünömlü xərclərin çəkisi artıb: “2021-ci ildə dövlət büdcəsinin sosialyünömlü xərcləri 5,3 faiz artıb. Koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, yeni iş yerlərinin yaradılması, yeni tələbə kredit proqramlarının, ehtiyac meyarının artırılması ilə 2021-ci ilin dövlət büdcəsinin öhdəlikləri artmaqdadır”.

Nazir qeyd edib ki, Milli Məclisdə qaldırılan məsələlərin bəziləri növbəti ilin icmal və dövlət büdcəsində öz əksini tapacaq.

Onun sözlərinə görə, pandemiyanın Azərbaycan üçün yaratdığı çətinliklərə baxmayaraq, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün uğurla çalışılır: “Sizi və vətəndaşlarımızı fürsətdən istifadə edərək 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edirəm”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar