Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda Cavanşir Feyziyevin 5,6 milyonu müsadirə olundu... - Deputat Azərbaycan qanunlarını pozubmu?

Cavanşir Feyziyev qanunsuz yolla ölkədən pul çıxartmağa görə qanunlar qarşısında cavab verməli deyilmi?..

Hüquqşunas: “Bu məsələləri formal tərəfdən sübut etmək çətindir. Deputat Cavanşir Feyziyevə məxsus əmlak da özünə aid deyil, ailə üzvlərinin adınadır. Bu baxımdan deputatın ölkədən qanunsuz pul çıxarması sübut olunmayana qədər ona nəyisə sübut etmək çətindir”.

“1993-cü ildə qəbul olunmuş varidata təminat verilməsi haqqında konstitusiya qanunu var. Qanuna görə heç kəsdən əmlakının mənşəyi soruşula bilməz. Bu qanuna görə də indi biz deputatdan o qədər əmlakın haradan olduğunu soruşa bilmərik”.

Bu sözləri hüquqşunas Əkrəm Həsənov London məhkəməsinin deputat Cavanşir Feyziyevə məxsus 5.6 milyon funt sterliqi müsadirə etmək haqqında qəbul etdiyi qərarı PİA.az-a şərh edərkən qeyd edib.

Dünən London məhkəməsi deputat Cavanşir Feyziyevə məxsus 5.6 milyon funt sterliqi müsadirə etmək haqqında qərar verib. Cavanşir Feyziyev məlumatı təsdiqlətib.

“Bəli, bu məlumat tam doğrudur. 31 yanvar 2022-ci ildə London Magistrat Məhkəməsi aparılan araşdırmalarla bağlı öz qərarını elan edib. Hakim bank hesablarında olan 10 milyondan bir qədər çox vəsaitin qanuniliyini tanıyıb və məhkəmə həmin vəsaitlərin istifadə üçün açılmasına qərar verib. Lakin təxminən 5 milyon məbləğində qalan digər vəsaitlərin xarici ölkəyə köçürülmə mexanizmi məhkəməyə o qədər də aydın deyil və ona görə də məhkəmə həmin vəsaitlərin qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır” - deputat deyib.

Bəs Cavanşir Feyziyev qanunsuz yolla ölkədən pul çıxartmağa görə qanunlar qarşısında cavab verməli deyilmi və o, deputat toxunulmazlığından məhrum edilməlidirmi? Ümumiyyətlə məlumdur ki, ölkədən qanunsuz yolla pul çıxaran təkcə Cavanşir Feyziyev deyil. İrili xırdalı bütün məmurlar milyardlarla dollar vəsaiti ölkədən çıxarıblar. İndi belə çıxmırmı ki, Azərbaycan vətəndaşlarından oğurlanan bu milyardlar sadəcə xarici ölkə vətəndaşlarının sosial xərclərinə sərf oluna bilər?

Deputatın müsadirə olunan əmlakını PİA.az-ın əməkdaşı hüquqşunas Əkrəm Həsənov ilə müzakirə edib.

Əkrəm Həsənov: “Azərbaycanda bir vətəndaş banka gedir pul dəyişib dollar almaq istəyir. Ondan soruşurlar ki, bu pullar səndə haradandır. Amma deputatın bu qədər pulu olub ondan bu pullar haradandır soruşan olmayıb”.

Əgər bizdə məmurların gəlir və xərc bəyannaməsi qanunu olsaydı, bizim indi deputatdan bu mülkün haradan əldə olunduğunu soruşmaq hüququnda ola biləcəyimizi vurğulayan hüquqşunas PİA.az-a bildirib ki, həmin qanun məmurların ailə üzvlərinə də aid edilir. Amma indi deputatı məsuliyyətə cəlb etmək çətindir. Çünki ortada onu mühakimə etmək üçün qanun yoxdur:

“Əlbəttə, siz də, mən də, cəmiyyət də hər şeyi çox gözəl başa düşür. Deputatlar, məmurlar hansı yollarlarsa vəsait əldə edirlər və ölkədən qanunsuz çıxarırlar. Sonra da xaricdə əmlak alırlar. Amma təəssüf ki, bu məsələləri formal tərəfdən sübut etmək çətindir. Deputat Cavanşir Feyziyevə məxsus əmlak da özünə aid deyil, ailə üzvlərinin adınadır. Bu baxımdan deputatın ölkədən qanunsuz pul çıxarması sübut olunmayana qədər ona nəyisə sübut etmək çətindir.

Məsələnin digər tərəfi də ondan ibarətdir ki, hansı əsasla Böyük Britaniyada onların əmlakı əlindən alınıb? Onlar onun mənşəyini sübut edə bilmirlər. Buna görə də Böyük Britaniya həmin insanları məsuliyyətə cəlb etmir. Sadəcə olaraq əmlaklarını alır. Aldıqları vəsaiti də dövlət vətəndaşlarına xərcləyir.

Amma təəssüf ki, bizim qanunvericiliyimiz də bərbad gündədir. Çünki biz də onları məsuliyyətə cəlb edə bilmirik. Azərbaycanda qanunsuz pulların ölkə xaricinə çıxarılmasına görə mısuliyyət yaradan qanun yoxdur. Azərbaycanda indiyə kimi məmurlar gəlir və xərcləri ilə bağlı bəyannamə də vermirlər. Çünki bu barədə qanun da illərdir ki, imzalanmır. Üstəlik 1993-cü ildə qəbul olunmuş varidata təminat verilməsi haqqında konstitusiya qanunu var. Həmin qanuna görə heç kəsdən əmlakının mənşəyi soruşula bilməz. Bu qanuna görə də indi biz deputatdan o qədər əmlakın haradan olduğunu soruşa bilmərik.

Əkrəm Həsənov: “Böyük Britaniya həmin insanları məsuliyyətə cəlb etmir. Sadəcə olaraq əmlaklarını alır. Aldıqları vəsaiti də dövlət öz vətəndaşlarına xərcləyir”.

Əgər bizdə məmurların gəlir və xərc bəyannaməsi ilə bağlı qanun olsaydı, biz indi deputatdan bu mülkün haradan əldə olunduğunu soruşa bilərdik. Çünki həmin qanun məmurların ailə üzvlərinə də aid edilir. Amma indi deputatı məsuliyyətə cəlb etmək çətindir. Çünki ortada onu mühakimə etmək üçün qanun yoxdur.

Onu da qeyd edim ki, Azərbaycanda bir vətəndaş banka gedir pul dəyişib dollar almaq istəyir. Ondan soruşurlar ki, bu pullar səndə haradandır. Amma deputatın bu qədər pulu olub ondan. bu pullar haradandır, soruşan olmayıb”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay