Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Jilbert sindromu irsi xarakter daşıyır və…” – Həkim danışdı

Jilbert sindromu kifayət qədər geniş yayılmış patologiyadır. Ölkəmizdə Jilbert sindromunun rastgəlmə tezliyi haqqında dürüst məlumat yoxdur. ABŞ-da bu patologiyanın rast gəlmə tezliyi əhali arasında 3-7%-dir...

Mövzu ilə bağlı Poliqon-a danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, kişilər arasında Jilbert sindromu qadınlara nisbətən daha çox rast gəlinir:

“Adətən Jilbert sindromunun bəzən mülayim sarılıq istisna edilməklə heç bir əlaməti qeyd edilmir. Sarılığın əmələ gəlməsinin səbəbi qanda olan bilirubinin miqdarının artması və onun dəri və selikli qişaya hopmasıdır. Bəzi hallarda Jilbert sindromu olan insanlarda zəiflik və qarında ağrılar qeyd olunur. Amma bunun Jilbert sindromu ilə deyil yanaşı gedən digər səbəblərlə bağlı olması qənaətindəyik”.

Həkim-terapevt qeyd edir ki, infeksion xəstəliklər, menustrasiya, aclıq, dehidratasiya, fiziki və psixoloji gərginlik kimi hallar Jilbert sindromu olan insanlarda bilirubinin miqdarını artıra bilər:

“Səbəblərə gəlincə, Jilbert sindromu irsi xarakter daşıyr və bilirubinin birləşməsini təmin etməklə onun ekskresiyasını asanlaşdıran enzimin sintezinə cavabdeh olan genin mutasiyaya uğraması səbəbindən meydana çıxır. Bu zaman qanda ümumi bilirubinin, xüsusilə onun sərbəst fraksiyasının miqdarı artıır. Bu hiperbilirubinemiya adlanır. Hiperbilirubinemiyalar birləşmiş və sərbəst olmaqla iki hissəyə bölünürlər. Jilbert sindromu birləşmiş hiperbilirubinemiya hesab edilir. Bilirubinin suda həll olunma qabilyyəti aşağı olduğu üçün o xüsusi proteinə birləşdirilərək qaraciyərdə öd daxilinə nəql edilir. Jilbert sindromunda bu mexanizmdə defekt olduğu üçün qanda sərbəst bilirubin artır”.

Nərminə xanım bildirir ki, dəridə və görünən selikli qişada sarılıq əlamətlərinin əmələ gəlməsi heç bir digər şikayət olmasa belə həkimə müraciət üçün kifayət olmalıdır:

“Bununla həkim sarılığın səbəbini və hər hansı bir ciddi xəstəliyin olmamasını dəqiqləşdirə bilər. Jilbert sindromu zamanı heç də həmişə sarılıq qeyd olunmur. Amma aclıq zamanı sarılıq özünü daha tez biruzə verir. Odur ki, hər hansı bir səbəbdən ac qalan zaman dəri və gözün ağında sarılıq hiss edirsinizsə mütləq həkimə müraciət edin. Jilbert mənşəli sarılıq oruc tutan zaman daha aydın üzə çıxır”.

Həkim deyir ki, Jilbert sindromu xoşgedişli patologiyadır və adətən müalicəyə ehtiyac duyulmur. Onun sözlərinə görə, Jilbert sindromu zamanı əmələ gələn sarılıq öz-özünə ardan qalxır və orqanizmə heç bir zərər vermir:

“Bəzi hallarda sarılığı azaltmaq üçün Fenobarbital tətbiq edilə bilər. Ağırlaşmaların qarşısını almaq üçün aclıqdan, infeksiyalardan qorunmaq lazımdır. Jilbert sindomu olan insanlarda bəzi dərmanların qaraciyərə toksiki təsiri arta bilər. Odur ki, bu dərmanlar haqqında bilgili olmanız və ya başqa xəstəliyə görə müalicə alan zaman həkiminizi Jilbert sindromuna malik olmanız barədə məlumatlandırmanız vacibdir.”

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar