Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulun qarı Bakıya gəlir


Türkiyədə və Rusiyanın Avropa hissəsində müşaidə olunan olunan soyuq havanın yaxın 1 həftə ərzində ölkəmizə gələcəyi gözlənilir


Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada  soyuq qarlı hava müşahidə edilir. Azərbaycanda isə yanvar ayı olmasına baxmayaraq, yuxarıda sadaladığımız ölkələrdə olduğu kimi, qarlı-çovğunlu hava şəraiti hələ ki yoxdur. 

Maraqlıdır, qonşu ölkələrdən qarlı-çovğunlu hava Azərbaycana da gələ bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova dağlıq ərazilərdə qar yağacağını dedi: “Artıq 2016-cı ilin sonlarından başlayaraq hava şəraitinin kəskin dəyişildiyi müşahidə olunur. Qar yağır və artıq qonşu ölkələrdə bu, intensiv xarakter daşıyır. Ancaq paytaxtda hava şəraitinin yaxın günlər ərzində mühüm bir dəyişikliyi gözlənilmir. Belə ki, paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, arabir  tutulacaq. Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində duman və çiskin olacağı da istisna olunmur. Mülayim şimal qərb küləyi əsəcək, arada güclənəcək. Eləcə də bölgələrimizdə yanvarın 10, 11 və 12-si axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, dağlıq yerlərdə isə qar yağacağı gözlənilir. Qonşu ölkələrdə olan hava şəraiti hələ ki bizdə gözlənilmir. Bildiyiniz kimi, yanvar ayı ilin ən soyuq ayı kimi qiymətləndirilir. Əvvəlki illərə nəzər salsaq görərik ki, isti yanvar ayları da müşahidə olunub, soyuq yanvar ayları da. Lakin hələ ki ölkə ərazisində hava şəraitində mühüm bir dəyişiklik olmayacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycana gəlmə ehtimalının olduğunu deyib. O bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz  və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi Avropada güclü qarların yağmasına səbəb olub. Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir:

Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin hava kütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq”.

M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: “Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar