Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin Qəzza zolağında quru əməliyyatı planları məlum olub

İsrail ABŞ-dan raketdən müdafiə sistemləri aldıqdan sonra Qəzzada quru əməliyyatlarına başlayacaq...

Poliqon xəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti məlumat yayıb. Qəzet yazır ki, İsrail hakimiyyəti ABŞ-dan kifayət qədər sayda raket əleyhinə müdafiə sistemləri aldıqdan sonra Qəzza zolağında quru əməliyyatına başlamağı planlaşdırır.

Nəşrin mənbələrə istinadən yazıb ki, yəhudi dövlətinin hərbi və siyasi rəhbərliyi İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzada quru əməliyyatını planlaşdırarkən Livanın şiə “Hizbullah” hərəkatı və İran İslam Respublikasının cavab addımlarından çəkinir. Bunun praktiki nəticələrindən birinin, İsrail ordusu Qəzzada əməliyyatlara başladıqda “Hizbullah”ı müdaxilədən çəkindirmək üçün ABŞ-ın daha çox raketdən müdafiə sistemlərinin tədarükünü əlavə gözləməsi olduğu bildirilir.

Qeyd olunur ki, İsrail hakimiyyəti əməliyyat başlamazdan əvvəl HƏMAS İslami Müqavimət Hərəkatının hərbi qanadı tərəfindən İsrail ordusuna qarşı partizan müharibəsinin qarşısını almaq üçün Qəzza zolağına bütün silah qaçaqmalçılığı kanallarını maksimum dərəcədə bağlamaq istəyir.

Adı açıqlanmayan yüksək rütbəli İsrail generalları bildiriblər ki, ordu əməliyyat zamanı ələ keçirilən çoxlu sayda insanı xilas etməyə çalışmaq üçün risk götürməyə hazırdır, lakin hərbi komandirlər tapşırığın yüksək dərəcədə çətinliyini başa düşürlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar