Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Qəzzada əməliyyatın daha az intensiv mərhələsinə keçir...

İsrail Pentaqon rəhbəri ilə danışıqlardan sonra Qəzzaya hücumların intensivliyini azaldacaq...

İsrail tezliklə Qəzza zolağında əməliyyatın növbəti, daha az intensiv mərhələsinə keçəcək.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, bunu Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qallant ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə Qəzzaya hücumlardan mülki şəxslərə dəyən zərərin azaldılması yollarına dair danışıqlardan sonra bildirib.

Qallant, yerli əhalinin anklavın ən sıx məskunlaşdığı ərazi olan Qəzzanın şimalına qayıda biləcəyini söyləyib. Bununla belə, nə o, nə də Pentaqonun rəhbəri “cərrahi əməliyyatlara” keçidin vaxtını açıqlamayıb.

“Biz tədricən növbəti mərhələyə keçə və yerli əhalini geri qaytarmaq üçün işə başlaya biləcəyik. Ola bilsin ki, buna cənubda deyil, şimalda daha tez nail olmaq daha məqsədəuyğun olacaq”, deyə İsrailin müdafiə naziri bildirib.

Ostin, öz növbəsində, həmkarını Amerikanın İsrailin təhlükəsizliyinə dəstəyinin dəyişməz olaraq qalacağına inandırıb.

Pentaqonun rəhbəri həmçinin bildirib ki, ABŞ Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyatların nə vaxta qədər aparılmasını İsrailə diktə etməyəcək. Ostin qeyd edib ki, ABŞ İsrailin özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar