İsrail ordusu Qəzzada zolağında quru əməliyatları zamanı daha 1 hərbçisini itirib...
APA İsrail Müdafiə Qüvvələrinə istinadən xəbər verir ki, Qəzzada döyüşlər zamanı 21 yaşlı baş çavuş Eytan Dişon ölüb. Onun "Qivati" briqadasının kəşfiyatçısı olduğu açıqlanıb.
Xatırladaq ki, bu günə qədər İsrail ordusu Qəzza zolağında quru əməliyyatlarında 66 hərbçisini itirib.
***
İsrail ordusu Qəzzada dünənki döyüşlərdə 2 hərbçisini itirib.
APA “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusunun dünən Qəzza zolağının şimalında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar zamanı paraşüt-desant briqadasının 890-cı batalyonunun iki hərbçisi həlak olub.
Həmçinin, əlavə olunub ki, bununla İsrail ordusunun Qəzzadakı quru əməliyyatında ölən hərbçilərinin sayı 65 nəfərə çatıb.
Poliqon.info