Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Türkiyə əleyhinə yeni ittifaq qurmağa çalışır –Leviafan hövzəsinin qazı haradan keçəcək?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

Şərqi Aralıq dənizində hakimiyyət qurmağa çalışan İsrail, Türkiyə əleyhinə ola biləcək daha yeni bir addım atıb.

İsrail Prezidenti Reyven Rivlin, Kipr (Kiprin yunan hissəsi nəzərdə tutulur – red.) prezidenti Nikos Anastasiadisi ziyarət edərək bölgədəki balansı Türkiyə əleyhinə dəyişdirə biləcək proseslər başladıb.

İsrail, daha öncə Şərqi Aralıq dənizində olan təbii qaz ehtiyatlarını Türkiyə üzərindən dünyaya nəql etməyi düşündüyü halda, sadəcə Türkiyəyə zərər verməyə çalışmaq üçün bu boru xəttinin dənizin altından Kipr, Yunanıstan və İtaliyadan keçməsinə qərar verib.

Leviafan və Türkiyə

Beləliklə, Türkiyə, İsrailin apardığı hesablara görə, nəhəng ehtiyatlara sahib olduğu məlum olan Leviafan hövzəsindəki təbii qazın paylanmasından kənarda saxlanılacaq. Hazırda görünür ki, İsrailin strateji hesabı budur.

Atılacaq bu addımın yaxınlarda Türkiyəni ziyarət etmiş olan Yunanıstan Baş naziri Aleksis Çiprasla İstanbulda müzakirə edilib-edilmədiyini xəbər mənbələri açıqlamayıb.

Daha böyük bir ittifaq

İsrail sadəcə bunu etməklə qalmır. Kiprin yunan kəsimi və Yunanıstanla birlikdə qurulmuş olan bu ittifaqı daha böyük bir “regional təhlükəsizlik qalxanı”na çevirməyə çalışır.

Buradakı xəbər qaynaqları, İsrail Prezidenti Rivlinin Kiprin yunan kəsimini ziyarət edərkən bu ittifaqa İordaniya və Misirin də daxil edilməsini istədiyini bildirirlər.

Əgər bu baş tutarsa, Şərqi Aralıq dənizində Türkiyə əleyhinə qurulmağa çalışılan ittifaq daha da güclənmiş olacaq.

Blef edirlər

ABŞ mənşəli xəbər qaynaqları, hələ ki, ortada konkret bir şey olmadığını, İsrailin bu cür fikirləri daha çox Türkiyəni narahat etmək üçün mütəmadi olaraq ortaya atdığını düşünürlər.

Misal üçün, elə həmin qaynaqlar, təbii qaz boru xəttinin dəniz altından çəkilməsinin mümkün olmadığını, eyni zamanda bölgədə böyük zəlzələ riskinin olduğunu da söyləyirlər. Onlar deyirlər ki, əgər gələcəkdə təbii qaz boru xətti Türkiyə üzərindən çəkilməyəcəksə, İsrailin çıxardığı qaz sadəcə Misirdəki təbii qaz emalı zavodlarında işlənərək, oradan gəmilərlə dünyaya paylana bilər.

Tərcümə Strateq.az-ındır

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar