Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyanın keçmiş XİN rəhbəri: Azərbaycan dünya gücləri arasında razılaşma əldə edə biləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə və CO2 emissiyalarının azaldılması üzrə praktiki təşəbbüslər təqdim edəcəyi gözlənilir. Ölkə müxtəlif nöqteyi-nəzərdən, fərqli ehtiyaclara malik tərəflər arasında razılaşma əldə etmək üçün unikal vəziyyətdədir.

Bunu “Report”a açıqlamasında İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio deyib.

“XI Qlobal Bakı Forumunun əhəmiyyəti iki əsas aspektdən ibarətdir. Bunlardan birincisi Azərbaycanın müxtəlif mədəniyyətlərin qovşağında yerləşən coğrafi mövqeyidir. İkincisi, qarşıdan gələn COP29 konfransıdır ki, burada Azərbaycandan iqlim dəyişikliyi ilə mübarizə və CO2 emissiyalarını azaltmaq üçün praktiki təşəbbüslər gözlənilir”, - o bildirib.

COP29-a hazırlıq barədə danışan A.Palasio qeyd edib ki, Azərbaycan ənənəvi enerji resurslarının istehsalçısı kimi həmişə praqmatik, məqsədyönlü siyasət həyata keçirib, həmçinin alternativ, daha çox keçid dövrü üçün əlverişli təşəbbüslərin önündə olub.

O, vurğulayıb ki, Azərbaycan sağlam düşüncə, eləcə də fərqli baxışlı tərəfləri bir araya gətirə bilər, çünki iqlim dəyişikliyi ilə mübarizə məsələsində fərqli baxışlar, müxtəlif ehtiyaclar var: “Çox vacibdir ki, Azərbaycan həm əhali, həm də iqtisadiyyat nöqteyi-nəzərindən artan, enerjiyə ehtiyacı olan Avropa İttifaqı, ABŞ, Çin və inkişaf etməkdə olan cəmiyyətlər arasında müxtəlif fikirləri bir araya gətirə və razılığa gələ bilsin. Başa düşməliyik ki, Afrikada, Saharanın cənubunda söhbət enerji keçidindən deyil, enerjiyə çıxışdan gedir. Orada 10-15 faiz elektrikləşdirilmiş ölkələr var”.

A.Palasionun sözlərinə görə, bunlar Azərbaycana bütün bu mövqeləri çatdırmaq və irəliyə doğru yollar tapmaq üçün çox yaxşı imkanlar verir. Bu addımlar ideal olmaya bilər, lakin onlar praktiki və düzgün istiqamətdə olacaq.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Zelenskini “Ukraynanın baş keşişi” adlandırdı

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Ən çox oxunanalar