Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranlı şəbəkələrin harada yığışdığını hədəf kimi göstərdim” - Hafiz Hacıyev

İranın Azərbaycanda dini dövlət qurub və həmin dövlətin başına kimi gətirmək istədiklərini dəfələrlə demişəm. Həmin insanlar da son günlərdə açıqlama verdilər ki, qardaşları onları satıb”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İranın Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində apardığı işləri PİA.az-a şərh edərkən qeyd edib.

Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. İranın Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində apardığı iş birliyində məqsədi nədir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “İran nə qədər sərt şəkildə anti-Azərbaycan kampaniyası aparacaqsa, Azərbaycan da bir o qədər sərt şəkildə İrana cavab verəcək”.

Azərbaycanda dini qurumların özlərini bu qədər zəif göstərməsinin səbəblərinin olduğunu deyən partiya sədri əlavə edib ki, bizim din adamlarımızın İranın din adamları ilə gizli əlaqələri var:

İranın Azərbaycanda sözünü deyən, onların fitvasına uyan insanlar çoxdur. Mən dəfələrlə bunu faktlarla demişəm. Çox sevinirəm ki, dediyim faktlar gəlib öz əksini tapdı və sübut olundu. Bu gün İrana satılan bəzi ünsürlər Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən saxlanıldı. Mən bir ay öncə canlı efirdə iranlı şəbəkələrin harada yığışdığını hədəf kimi göstərdim. Bunların hamısı da sübut olundu.

İran heç vaxt istəməyib Azərbaycan inkişaf etsin və güclənsin. İran özünün ətrafında olan satqınları da anti-Azərbaycan əleyhinə qaldırmaq nail olub. Ümumiyyətlə, İranın Azərbaycanda əlaltıları çoxdur. Azərbaycanda dini qurumların özlərini bu qədər zəif göstərməsinin də səbəbləri var. Çünki bizim din adamlarımızın İranın din adamları ilə gizli əlaqələri var. Dini qurumlarımız onlardan müəyyən maliyyə alırlar. Buna görə də gözükölgəlidirlər.

Hafiz Hacıyev: “İranın molla, təcavüzkar rejimi, terrorist dövləti qısa müddətdə ifşa ediləcək və öz yerində oturdurulacaq”.

İranın Azərbaycanda dini dövlət qurub və həmin dövlətin başına kimi gətirmək istədiklərini dəfələrlə demişəm. Həmin insanlar da son günlərdə açıqlama verdilər ki, qardaşları onları satıb. Amma özləri də bilirlər ki, qardaşları onları çoxdan satıb. Ermənilərlə qardaş olan insanlara bizim dinlə məşğul olan insanların qardaş deməsi yersizdir.

Amma İranın Azərbaycanda olan şəbəkələrinə qarşı ciddi mübarizə aparılacaq. Bu mübarizədə də biz qalib gələcəyik. Çünki İran nə qədər sərt şəkildə anti-Azərbaycan kampaniyası aparacaqsa, Azərbaycan da bir o qədər sərt şəkildə İrana cavab verəcək. Azərbaycan əvvəlki Azərbaycan deyil. Ali Baş Komandan da İran haqqında qəti fikirlərini deyib. İranın molla, təcavüzkar rejimi, terrorist dövləti qısa müddətdə ifşa ediləcək və öz yerində oturdurulacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar