Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın erməni sevgisi və sərhəddə yeni “oyunu”...

İranı Cənubi Azərbaycanla Ermənistan sərhədində “Araz-Mehri” Azad İqtisadi Zona yaratması nəyə hesablanıb?..

Siyasi-şərhçi: “İran regionda türk dünyasının birləşməsinin qa”rşısını almaq istəyir. Bu baxımdan, İranın Ermənistan ilə yeni iqtisadi zona yaratma qərarı gözlənilməz deyil”.

“Cənubi azərbaycanlıların loyallaşması məsələsi əlbətdə, İranın məqsədlərindən biridir. İran zatən cənubi Azərbaycanda paralel olaraq erməni və kürdləşdirmə prosesinə başlayıb”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İranın Ermənistan sərhədində “Araz-mehri” Azad İqtisadi Zona yaradılması qərarını Poliqon-a şərh edərkən qeyd edib.

İran Cənubi Azərbaycanla Ermənistan sərhədində “Araz-mehri” Azad İqtisadi Zona yaradılması ilə bağlı qərar verib. Zəngəzur dəhlizinin aktual olduğu bir şəraitdə İranın bu addımı nədən xəbər verir? Həmçinin belə bir addım cənubi azərbaycanlıların ermənilərə qarşı loyallaşması üçün atıla bilərmi?

İranın Azərbaycana qarşı atdığı növbəti məkirli addımı Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Hər bir halda, İran bir şeyi unudur ki, türk xalqı heç vaxt bu cür təziqlər qarşısında boyun əyməyib və bundan sonrada əyməyəcək”.

Bu prosesin Türkiyə və Şimali Azərbaycan arasına bir kürd və erməni zolağı salmaq siyasətinin olduğunu bildirən ekspert qeyd edib ki, bu siyasət keçmişdə olduğu kimi bu gün də Tehran rejimi tərəfindən dəstəklənməkdədir:

“Bildiyiniz kimi, İran Zəngəzur məsələsinin gündəmə gəldiyi ilk gündən etibarən bu prosesin inkişafına qarşı çıxmışdır. Bununda bir neçə səbəbi var. Ən önəmlisi isə Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqəsininin olmasını istəməməsidir.

İran regionda türk dünyasının birləşməsinin qa”rşısını almaq istəyir. Bu baxımdan, hesab edirəm ki, İranın Ermənistan ilə yeni iqtisadi zona yaratma qərarı gözlənilməz deyil. İran bizə qarşı öz məkirli siyasətini hələdə davam etdirməkdədir.

Kamran Məmmədli: “Əgər, Tehran rejimi bu formada təziqlərinə davam edəcəksə, bu onların sonunu bir o qədər yaxınlaşdıracaq”.

O ki qaldı, cənubi azərbaycanlıların loyallaşması məsələsinə bu da əlbətdə, İranın məqsədlərindən biridir. İran zatən cənubi Azərbaycanda paralel olaraq erməni və kürdləşdirmə prosesinə başlayıb. Bu proses Türkiyə və Şimali Azərbaycan arasına bir kürd və erməni zolağı salmaq siyasətidir. Bu siyasət keçmişdə olduğu kimi bu gün də Tehran rejimi tərəfindən dəstəklənməkdədir.

Hər bir halda, İran bir şeyi unudur ki, türk xalqı heç vaxt bu cür təziqlər qarşısında boyun əyməyib və bundan sonrada əyməyəcək. Əgər, Tehran rejimi bu formada təziqlərinə davam edəcəksə, bu onların sonunu bir o qədər yaxınlaşdıracaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar