Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda Urmiya gölünün quruması ilə bağlı araşdırma başladıldı...

Qərbi Azərbaycan vilayətində dünyanın ən böyük duz göllərindən biri olan Urmiya gölünün qurumasında səhlənkarlıq olması səbəbi ilə İranda araşdırma başlanıldığı bildirilib...

Poliqon xəbər verir ki, bu barədə "Asriran" saytına Qərbi Azərbaycan dövlət prokuroru Nasir Atbati məlumat verib.

"Urmiya gölünü ikiyə bölən və Urmiya-Təbriz şəhərlərini birləşdirən keçid yolu insan müdaxilələrindən biridir", deyə prokuror bildirib.

Yanlış əkinçilik siyasətinin də gölün qurumasına təsir etdiyini bildirən İran rəsmisi əlavə edib: "Suya qənaət edən məhsulların istehsalına xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatı siyasətlərində və dərin quyu lisenziyalarında da sual işarələri var".

Ədliyyə orqanlarının gölün qurumasını araşdırmaq qərarına gəldiyini bildirən Atbati "Son 15-20 ildə Urmiya gölünün vəziyyəti daha da pisləşib", deyib.

2003-cü ildə quraqlıq səbəbindən suyun səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə qurumaq təhlükəsi ilə üzləşmişdi. İranın şimal-qərbində yerləşən gölün 95 faizinin hazırda quruduğu bildirilir.

Dünyanın ən böyük duz göllərindən biri olan Urmiya gölünün quruması dolanışığını əkinçilik və heyvandarlıqla təmin edən bölgə əhalisinin həyatına da mənfi təsir göstərir. Ölkədə zaman-zaman gölün fəaliyyətinin bərpası tələbi ilə nümayişlər keçirilir.

Urmiya gölü 1976-cı ildə UNESCO-nun Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxil edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar