Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İran Azərbaycanda və dünyada öz nüfuzunu itirmiş bir dövlətdir” - Hafiz Hacıyev

“Tehranın özünü müsəlman dövlətləri arasında aparıcı dövlət kimi göstərməsi əbəsdir”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev İranın din amilindən öz xarici siyasətində istifadə etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Demək olarmı ki, İran din amilindən sadəcə öz xarici siyasətinin aləti kimi istifadə edir?

Mövzunu PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “Yaxın vaxtda İranda molla rejimi dağılacaq və orada demokratiya, insan hüquqları bərpa olunacaq”.

Müsəlman dövləti olaraq Azərbaycanın İranın dünyada apardığı siyasətə qarşı çıxmalı olduğunu düşünən partiya sədri əlavə edib ki, oradakı soydaşlarımızla da daimi əlaqədə olmalıyıq:

İran həmişə din pərdəsi altında gizlənmiş bir dövlət olub. Amma artıq İranın bu yalançı pərdəsi çırpılıb. Tehranın özünü müsəlman dövlətləri arasında aparıcı dövlət kimi göstərməsi əbəsdir. Artıq bütün dünya bilir ki, İran dövləti nəyə qadirdir. Buna görə də, bundan sonra İran nə qədər maskalansa da, heç bir dövlət onun sözünün inanmayacaq.

Dünyada gedən proseslərə görə, İran təklənmiş vəziyyətdə qalıb. Tehran həm xarici, həm də daxili siyasətdə pis vəziyyətdə qalıb. Yəni xarici siyasətlərinə görə İrana sanksiyalar tətbiq edilib, daxildə də xalq ayağa qalxıb və molla rejimini istəmirlər. İran xalqı azad, demokratik yaşamaq istəyirlər.

Hafiz Hacıyev: “Bundan sonra İran nə qədər maskalansa da, heç bir dövlət onun sözünün inanmayacaq”.

İranın özünü müsəlman dövlətləri arasında aparıcı ölkə bilməsi artıq dünyada ironiya ilə qarşılanır. Çünki İranla bir dində olan Azərbaycanın məscidlərində donuz saxladıqları Ermənistana Tehranın qardaş deməsi hamıya məlum oldu. Eyni zamanda İran İrəvanı da himayə edir. Müsəlman dövləti olaraq Azərbaycan İranın dünyada apardığı siyasətə qarşı çıxmalıyıq. Həmçinin, oradakı soydaşlarımızla da daimi əlaqədə olmalıyıq. Vətəndaşlarımızı tam təlimatlandırmalıyıq ki, onlar molla rejimindən qurtarsınlar.

İran Azərbaycanda və dünyada öz nüfuzunu itirmiş bir dövlətdir. Düşünürəm ki, yaxın vaxtda İranda molla rejimi dağılacaq və orada demokratiya, insan hüquqları bərpa olunacaq. Bundan sonra da orada yaşayan 40 milyon vətəndaşlarımız da öz haqqlarını deyə biləcəklər”.

Nərminə UMUDLU
pia.az


Etiket: İran Siyasət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

İsrail Qəzzada HƏMAS bölmələrinin əksəriyyətinin məğlub olduğunu elan edib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Ən çox oxunanalar