Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadə: “Bircə o qalıb ki, deyək, Xocalı faciəsini də biz törətmişik...”

Bu nə yanaşmadır?!

Azərbaycan torpaqlarını kimsə satmayıb. Torpaqları Azərbaycan oğullarından hansısa təslim etməyib. Torpaqları Ermənistan işğal edib. Biz işğalçının yükünü vətəndaşlarımızın üzərinə yığmamalıyıq, günahlandırmamalıyıq. Bəli, bilirik ki, Prezident, Milli Məclisin sədri, Baş Nazir, nazir, komandir, general, əsgər kimi vəzifələrinin öhdəsindən gəlməyənlər, məsuliyyətlərini dərk etməyənlər olub. Amma heç kəs torpaq satmayıb, vətən xaini olmayıb”.

Bunu Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə deyib.

İ.Ağazadə qeyd edib ki, torpağı Ermənistan və onun himayədarları işğal ediblər: “Biz mütləq işğala son qoyacağıq. Yetər ki, Azərbaycan vətəndaşları bir-birilərini satqınlıqda ittiham etməsinlər. Az qala bütün faciələrin bütün faicələrin kökünü özümüzdə görürük, işğal faktorunu özümüzünkülərlə bağlayırıq. Bircə o qalıb ki, deyək, Xocalı faciəsini də biz törətmişik, Laçını da, Şuşanı da, Ağdamı da, Cəbrayılı da, Qubadlını da, Zəngilanı da, Füzulini də, Kəlbəcəri də biz vermişik... Bu nə yanaşmadır?! Öz vətəndaşlarımızı satqınlıqda ittiham etməklə erməninimi təmizə çıxarırıq?! Bu, yanlış yanaşmadır, durdurulmalıdr. Müharibəyə başlayacağıq və torpaqlarımızı işğalda azad edəcəyik. Kəlbəcəri almaq üçün 5 min insan lazımdırsa, verəcəyik... 50 min gərəksə də... Şuşanı almaq üçün həmçinin. Bunun üçün 100 min insanın canından keçməliyiksə, keçəcəyik...”(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar