Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndi Almaniyada 9-avroluq biletlə “yaxın xaric”ə də getmək olar

İyunun 1-dən etibarən bütün Almaniyada "9-avroluq bilet" adlı yenilik qüvvəyə minib. PİA.az bildirir ki, AZƏRTAC-ın xəbər verdiyi kimi 9-avroya bərabər simvolik məbləğ ödəyib bilet alaraq üç ay ərzində bütün Almaniyada taksi avtomobilləri və 1C sinfinə aid sürət qatarları istisna olmaqla şəhərdaxili və şəhərlərarası nəqliyyatın bütün növlərindən istifadə etmək olar. Bu o deməkdir ki, bütün yay ayları ərzində bütün AFR-də ictimai nəqliyyat və ikinci dərəcəli qatarlarda gediş əslində pulsuz olacaq.

Bu gün almanlar daha bir xoş xəbər alıblar: həmin biletdən istifadə etməklə AFR hüdudlarından kənarda yerləşən bir qıra şəhərlərə də getmək olar. Məsələn, bu biletlə Bavariya regional dəmir yolunun qatarına minən sərnişin qonşu Avstriyaya da baş çəkə biləcək. Bilet Bavariyadakı Fraylassinqom ilə Avstriyanın Zaltsburq şəhəri arasındakı marşrutda qüvvədədir. "Döyçe Ban Regio" qatarına minərək Almaniyanın Pfronten-Ştaynax şəhərindən Avstriyanın Fils, Roytte və Ervald şəhərlərinə getmək olar.

Cibində 9-avroluq bilet olan bəxtəvər sərnişinlər İsveçrə federal dəmir yolları ilə Almaniyanın Sell-Lim-Vizental şəhərindən İsveçrənin Bazel şəhərinə səyahət edə bilər. Bəzi "Döyçe Ban Regio" qatarlarının qonşu ölkənin sərhədlərini keçməsinə icazə verilib.

Almaniyanın Süssov şəhərindən Polşanın Baltik sahillərində yerləşən Svinemyunde şəhərinə yola düşmək, yolüstü Xerinqsdorf və Albek şəhərlərində dayanmaq mümkündür.

9-avroluq bilet Almaniyanın Koblens və Mayns şəhərlərindən Fransanın Vissemburq şəhərinə getmək üçün də qəbul edilir. Bu biletlə avtobusa minib Almaniyanın Vestverker şəhərindən Niderlandın Sittard şəhərinə, Almaniyanın Aaxen şəhərindən Niderlandın Vaals şəhərinə, habelə Almaniyanın Dipenbenden şəhərindən Niderlandın Kerkrade şəhərinə də getmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar